Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:25

95 nəfər namizədliyini geri götürüb


MSK
MSK

Fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində namizədliyi qeydə alınmış iddiaçıların sayı açıqlanıb.

Mərkəzi Seçki Komissiyasından (MSK) verilən məlumata görə, ümümilikdə seçki prosesi zamanı 2358 nəfərin namizədliyi təsdiqlənib. Onlardan isə hazırda 1542 nəfərinin namizədliyi qeydiyyata alınıb.

MSK-dan verilən məlumata görə, qeydə alınan namizədlər 19 siyasi partiyadan irəli sürülüb. Onların bir qismi bitrəflərdir.

Qurumdan əlavə olunub ki, 95 nəfər isə namizədliyini geri götürüb.

Xatırlatma

Ötən il dekabrın 5-də Prezident İlham Əliyev Azərbaycan Respublikasının beşinci çağırış Milli Məclisinin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, növbədənkənar seçkilər 2020-ci il fevralın 9-na təyin edilib. Ondan 3 gün əvvəl, dekabrın 2-də isə Milli Məclis YAP-dan olan deputatların müraciətinə əsasən, parlamentin buraxılması və növbədənkənar seçkilərin təyin olunması xahişi ilə prezidentə müraciət etmişdi.

YAP bunu prezident İlham Əliyevin islahatlar kursuna dəstək məqsədilə verdiyini açıqlamışdı. Əslində isə Azərbaycanda parlament seçkiləri bu ilin noyabrında keçirilməli idi.

Müxalifət qüvvələrindən Milli Şura bu seçkiləri boykot etməklə bağlı qərarını açıqlayib. Qurum hesab edir ki, Azərbaycanda azad və ədalətli seçkilərdən ötrü minimum şərait belə yoxdur.

Rəsmilər və Mərkəzi Seçki Komissiyasının rəhbərliyi onların fikirlərini qəbul etmirlər.

XS
SM
MD
LG