Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 08:59

237 nəfər namizədliyini geri götürüb


MSK-nın binası
MSK-nın binası

Yanvarın 24-də qarşıdan gələn növbədənkənar parlament seçkilərində deputatlığa namizədlərin sayı 1400 nəfərə düşüb.

Bunu Mərkəzi Seçki Komissiyasından (MSK) bildiriblər.

MSK-dan verilən məlumata görə, indiyə kimi qeydə alınmış 1637 nəfər namizəddən 237-si namizədliyini geri götürüb.

Qurumdan namizədlərin ərizələrində bunu nəylə izah etmələrini açıqlamayıblar.

Hacı Salayev də namizədliyini geri götürüb

V çağırış Milli Məclisinin üzvü Hacı Salayev fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində namizədliyini geri götürüb.

Hacı Salayev namizədliyini 44 saylı Sumqayıt-Xızı seçki dairəsindən irəli sürmüşdü.

Bu barədə Hacı Salayevin özü “Turan” agentliyinə məlumat verib.

Onun sözlərinə görə, parlament seçkilərində iştirak etməyəcəyi ilə bağlı ərizəni Dairə Seçki Komissiyasına (DSK) təqdim edib.

Lakin Salayev namizədliyini geri götürməsinin səbəbini izah etməyib.

44 saylı Sumqayıt-Xızı Dairə Seçki Komissiyasından da H. Salayevin namizədliyin geri götürməsini təsdiqləyiblər. "Bəli, özü ərizə ilə müraciət edərək, namizədliyini geri çəkdi".

2 gün əvvəl, yanvarın 21-də Mərkəzi Seçki Komissiyasından bildirmişdilər ki, ümumilikdə 95 nəfər namizədliyini geri götürüb.Həmin şəxslərin də bir çoxu bununla bağlı geniş açıqlama verməmişdilər.Onlardan bəziləri isə bu addımı müəyyən məsələhətləşmələrdən sonra atdıqlarını bildirmişdilər.

Həmin vaxt 1542 nəfərinin namizədliyinin qeydiyyata götürüldüyü açıqlanmışdı.

Azərbaycan Milli Məclisində 125 deputat yeri var.

Xatırlatma

Ötən il dekabrın 5-də Prezident İlham Əliyev Azərbaycan Respublikasının beşinci çağırış Milli Məclisinin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb.

Növbədənkənar seçkilər 2020-ci il fevralın 9-na təyin edilib. Ondan 3 gün əvvəl, dekabrın 2-də isə Milli Məclis YAP-dan olan deputatların müraciətinə əsasən, parlamentin buraxılması və növbədənkənar seçkilərin təyin olunması xahişi ilə prezidentə müraciət etmişdi.

YAP bunu prezident İlham Əliyevin islahatlar kursuna dəstək məqsədilə verdiyini açıqlamışdı. Əslində isə Azərbaycanda parlament seçkiləri bu ilin noyabrında keçirilməli idi.

XS
SM
MD
LG