Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Fevral, şənbə, Bakı vaxtı 10:00

Müxtəlif adamlara işə düzəldəcəyinə söz verib, onların ümumilikdə 180 min manatını alıb qaytarmamaqda suçlanan Namiq Məhərrəmovun məhkəməsi başlayıb. «Azər mühafizə» MMC-nin Şirvan bölməsinin rəis olmuş Namiq Məhərrəmovun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

N.Məhərrəmovun haqqındakı cinayət işində ümumilikdə 67 nəfərin işə düzəltmək adıyla aldadılmasından söhbət gedir.

Zərərçəkmişlərdən İsmayıl Xəlilov avqustun 29-da məhkəmədə ifadə verərkən deyib ki, işsiz idi. Qardaşı Hacı Xəlilov mühafizə idarəsində iş olduğunu söyləyib:

«Həmin yerə birlikdə getdik. İşə qəbul olundum, müqavilə bağlanıldı. Sonra postlara çıxdım. İşə girmək üçün 3 min manat verdim. Bir-iki ay işlədim».

İşlədiyi müddətdə maaş almadığını, üstəlik, borc-xərc eləyib verdiyi 3 min manatının da əldən getdiyini deyən zərərçəkmiş indi həmin pulu geri istəyir.

«MƏNİM İMZAM YOXDUR»

Amma N.Məhərrəmov özünü təqsirli bilmir. Həmçinin, İ.Xəlilovun aldadılmasında da onun rolunun olmadığını bildirir:

«Mən sadəcə işə düzəlmək istəyən adamlara istiqamət vermişəm. Bu adamın da işə qəbul olunmasında mənim rolum olmayıb. Şirkətlə bağladığı müqavilədə də mənim imzam yoxdur. Mən sadəcə həmin şəxslərin rəisi olmuşam. Pulun depozitə qoyulması, işçilərlə müqavilə bağlanma məsələsindən xəbərsizəm».

Məhkəmə davam edir.

Cinayət Məcəlləsinin 178 (dələduzluq), 179 (mənimsəmə), 311 (rüşvət alma), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 162-1-ci (əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işçilərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi) maddələri ilə suçlanan N.Məhərrəmov bir müddət axtarışda olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG