Keçid linkləri

Təcili xəbərlər
2018, 20 İyul, Cümə, Bakı vaxtı 08:32

Nalbandyan və Məmmədyarov sentyabrda Nyu Yorkda görüşəcəklər


Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Edvard Nalbandyan və Elmar Məmmədyarov (Foto arxivdəndir)

İyulun 11-də Brüsseldə Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyanla ATƏT-in Minsk qrupunun həmsədrləri Richard Hoagland (ABŞ), İqor Popov (Rusiya) və Stephane Visconti arasında danışıqlar keçirilib.

Ermənistan XİN-in verdiyi məlumatda deyilir ki, bu görüşdə Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqlar prosesesinin irəlilədilməsi məqsədilə müvafiq şəraitin yaradılması yolları müzakirə edilib.

Məlumatda bildirlir ki, həmsədrlər iki ölkənin dövlət başçıları – İlham Əliyev və Serj Sarkisyan arasında bu il ərzində görüşün keçirilməsi barədə təklifin onlara çatdırılmasını xarici işlər nazirlərindən rica ediblər.

Bu danışqılarda habelə, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin bu ilin sentyabrında Nyu Yorkda keçiriləcək BMT Baş Assambleyası çərçivəsində görüşünün təşkil edilməsi barədə razılaşma əldə olunub.

Ermənistan mediasının yaydığı məlumata görə Brüssel görüşündə Edvard Nalbandyan Təmas Xətti boyunca vəziyyətin sabitləşdirilməsi zərurətindən danışıb.

Ermənistan naziri habelə Vyana və Sankt Peterburqda əldə olunmuş razılaşmaların icra olunmasının mühümlüyünü qeyd edib.

Bundan əvvəl ATƏT-in xarici işlər nazirlərinin görüşündə Nalbandyan Azərbaycanı kəskin tənqid atəşinə tutmuşdu.

Bəzi xəbərlərə görə Brüsseldə Nalbandyanın həm də Rusiya xarici işlər naziri Sergey Lavrovla ayrıca görüşü olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG