Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 13:58

Nalbandian Minsk qrupunun həmsədrlərini qəbul edib


Foto arxiv
Foto arxiv

Ermənistanın xarici işlər naziri Edvard Nalbandian martın 27-də ATƏT-in Minsk qrupunun həmsədrləri Richard Hogland (ABŞ) , İgor Popov (Rusiya),Stefan Viskonti (Fransa) və ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşiklə görüşüb.

Bu barədə AzadlıqRadiosunun Ermənistan xidməti məlumat verir.

Mənbənin Ermənistan xarici işlər nazirliyinin mətbuat xidmətinə istinadla verdiyi məlumat görə, həmsədrlər Nalbandiana Bakıda keçirilən görüşlər barədə məlumat veriblər.

Görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh prosesinin irəli aparılması müzakirə olunub.

Tərəflər bundan əvvəl Vyana və Sankt-Peterburq sammitlərində əldə olunmuş razılaşmaların yerinə yetirilməsinin vacibliyini qeyd ediblər.

Dağlıq Qarabağ münaqişəsinin həlliylə bağlı ATƏT-in Minsk qrupuna ABŞ, Rusiya və Fransa həmsdərlik edirlər.

XATIRLATMA

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib.

2016-cı ildə, əvvəlki illərlə müqayisədə, cəbhədə atəşkəs halları daha çox pozulub. Həmin il aprelin 2-dən 5-nə kimi hətta cəbhədə iri silahların işə düşməsi nəticəsində hər iki tərəf çoxlu itkilər verib. Aprelin 5-də Moskvada qərargah rəislərinin görüşündə hərbi əməliyyatların dayandırılması ilə bağlı razılıq əldə edilib. Ancaq, hələ də, tərəflər bir-birini atəşkəsin pozulmasında ittiham edir. Ara-sıra hər iki ölkədən bir-birlərinin ünvanına təhdidlər də eşidilir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG