Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 08:39

Əli Həsənovun nəvəsinin komendaturaya göndərildiyi deyilir


Nail Allahverdiyev
Nail Allahverdiyev

Baş nazirin müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin komendaturaya göndərildiyi bildirilir . Bu barədə onun vəkili Muxtar Mustafayev məlumat verib.

Vəkil deyib ki, bu gün, avqustun 2-də məhkəmənin qərarı ilə Nail Allahverdiyevin cəzası 5 il azadlıqdan məhrumetməyə qədər azaldılıb və bu müddətin yerdə qalan hissəsini o, məntəqə tipli islah müəssisəsində keçirəcək.

Nail Allahverdiyevin həbsindən artıq bir il keçir.

O, apellyasiya şikayəti vermişdi.

İşə Bakı Apellyasiya Məhkəməsində baxıldığı bildirilir. Ancaq bu məlumatı, hələlik, məhkəmənin özündən dəqiqləşdirmək mümkün olmayıb.

Xatırlatma

2017-ci il avqustun 3-də Heydər Əliyev prospektində Nail Allahverdiyevin idarə etdiyi “Mercedes Gelandewagen” markalı avtomobilin qarşıdakı maşına dəyərək idarəetməni itirdiyi və əsas yoldan ikinci dərəcəli yola çıxaraq səkidə dayanan piyadaları vurduğu deyilirdi.

Hadisə nəticəsində Mehdi Əliyev və Vaqif Əsədovun həlak olduğu açıqlanmışdı. Hadisə baş verən zaman yol kənarında duran daha iki piyadanın, Türkiyə vətəndaşları – Mutallib Tekiş və Songül Tekişın da xəsarət aldıqları deyilirdi.

Ötən il dekabrın 18-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökumu ilə Nail Allahverdiyev 6 il həbs cəzası almışdı.

XS
SM
MD
LG