Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:47

Əli Həsənovun nəvəsi həbs edildi


İllüstrasiya
İllüstrasiya

Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətləri avqustun 3-ü Heydər Əliyev prospektində baş verən ağır yol qəzası ilə bağlı məlumat yayıb.

Məlumatda bildirilir ki, naməlum sürücünün idarə etdiyi «Mercedes-Gelandawagen» markalı avtomobillə iki nəfərin ölümü və iki nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti qaydalarını pozma - iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb:

***Buna da bax-Deputat: 'Məmurlar övladlarını elə tərbiyə etməlidir ki...'

«Qəzanın baş verdiyi ərazidə olan müşahidə kameralarının görüntülərinə baxış zamanı «Mercedes-Gelandawagen» markalı avtomobilin sükanı arxasında Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Nail Elman oğlu Allahverdiyevin olması tam təsdiq edilib. Məhkəmənin hökmü ilə onun barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Bundan başqa, həmin vaxt orada yüksək sürətlə avtoxuliqanlıq hərəkətləri törətməklə ictimai asayişi kobud şəkildə pozan «Mazda» markalı avtomobilin sürücüsü Bakı şəhər sakini, 1995-ci il təvəllüdlü Mirməhəmməd Əlövsət oğlu İsmayılovun olduğu da müəyyən edilib. Məhkəmə onun barəsində 1 ay müddətinə inzibati həbs qərarı verilib».

İlham Əliyevin cəza metodu - Ata oğula görə cavabdehdirmi?
Gözlə

No media source currently available

0:00 0:14:57 0:00

«TUTDUĞU VƏZİFƏSİNDƏN ASILI OLMAYARAQ...»

Birgə məlumatda vurğulanıb ki, prezident İlham Əliyevin dəfələrlə etdiyi ciddi xəbərdarlıqlardan nəticə çıxarmayan, özbaşınalıq və cinayətlər törətməkdən çəkinməyən dövlət məmurlarına və onların ailə üzvlərinə hələ də rast gəlinir.

«Tutduğu vəzifəsindən, etdiyi xidmətlərdən və nüfuzundan asılı olmayaraq, dövlət başçımızın məlum tələblərinə etinasız yanaşan, öz davranışları ilə cəmiyyətə qarşı açıq hörmətsizlik nümayiş etdirən, mövcud qayda-qanunları kobud şəkildə pozan hər bir məmur, onların ailə üzvləri barəsində qanunvericiliyə uyğun olaraq ən sərt tədbirlər görüləcək», - məlumatda vurğulanır.

***Buna da bax-İlham Əliyev: 'Məmurlar özlərini apara bilmir...'

Bəzi KİV-lərdə yayılan məlumatlara görə, Nail Allahverdiyev Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun nəvəsidir. Ancaq, hələlik, saxlanan şəxslərin vəkillərinin olayla bağlı ictimaiyyətə hər hansı açıqlaması olmayıb. Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov da KİV-lərdə yayılan məlumatları təkzib etməyib.

Prezident İlham Əliyev son illər bir neçə dəfə bəyan etmişdi ki, harınlıq edən, bahalı maşınlarda sürət həddini aşaraq ağır qəzalar törədən məmur övladları bağışlanmayacaq. Onlar qanunla cəzalanacaq, valideynləri isə işdən çıxarılacaq.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG