Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:10

Nauert ABŞ-ın BMT-dəki daimi elçiliyinə namizədliyini geri götürdü


 Heather Nauert, ABŞ Dövlət departamentinin sözçüsü.
Heather Nauert, ABŞ Dövlət departamentinin sözçüsü.

ABŞ Dövlət departamentinin sözçüsü Heather Nauert fevralın 16-da ABŞ-ın BMT-dəki daimi nümayəndəliyinə namizədliyini geri götürüb.

“New York Times” qəzeti yazır ki, Nauert yaydığı bəyanatda, bunun ailə vəziyyəti ilə bağlı olduğunu yazır.

O, bəyanatda həmçinin bu vəzifəyə namizədliyinin irəli süürülməsinə görə prezident Donald Trump və Dövlət katibi Mike Pompeo-ya təşəkkür bildirib.

Əvvəllər ABC News və Fox News televiziya kanallarının aparıcısı olmuş Nauert-in bu vəzifəyə namizədliyini Donald Trump hələ ötən il-ABŞ-ın BMT-dəki əvvəlki elçisi Nikki Haleyin istefasından sonra irəli sürmüşdü.

Amma indiyədək Senatda onun namizədliyi ilə bağlı dinləmə təyin edilməyib.

Senatdakı demokratlar və bir sıra tənqidçilər hesab edirlər ki, bu vəzifəni tutmaq üçün onun diplomat kimi lazımınca təcrübəsi yoxdur.

“New York Times” qəzeti başda olmaqla bir sıra yerli kütləvi informasiya vasitələri (KİV) isə yazırlar ki, onun bu vəzifədən imtina etməsi, uşaqlarının Yamayka vətəndaşı olan dayəsi ilə bağlı ola bilər. Çünki qadının ABŞ-da iş icazəsi yox imiş.

Dövlət departamentindən verilən məlumata görə prezident Donald Trump yaxın vaxtlarda bu vəzifəyə yeni namizəd irəli sürəcək.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG