Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:07

Merkelin hakim koalisiyadakı tərəfdaşı partiya sədrliyindən istefa verdi


Andrea Nahles-Almaniya sosisl-demokrat partiyasının keçmiş lideri
Andrea Nahles-Almaniya sosisl-demokrat partiyasının keçmiş lideri

Almaniya Sosial-demokrat partiyasının lideri Andrea Nahles Avropa parlamentinə keçirilən seçkilərdə uğursuzluqdan sonra istefa verib.

O, hakim koalisiyada kansler Angela Merkelin xristian-demokrat partiyasının tərəfdaşı idi.

Nahles partiyanın parlamentdəki fraksiyasının liderliyindən də gedəcək.

Ötən həftə Almaniyada Avropa Parlamentinə keçirilən seçkilərdə sosial-demokratlar “Yaşıllar” partiyasından da az səs toplayaraq 3-cü yeri tutublar.

Birinci yerdə isə hakim Xristian-Demokrat ittifaqı və Xristian Sosialist İttifaqı bloku gəlir.

Son rəy sorğularına görə, son vaxtlar sosial-demokratların reytinqi düşməyə, onların rəqibi-solmərkəzçi müxalif “Yaşıllar” partiyasının nüfuzu isə qalxmağa başlayıb.

Rəy sorğularından birinə görə bu partiyanın reytinqi 12 faizə düşüb ki, bu onun tarixində antirekord sayılır.

Almaniya mətbuatı yazır ki, sosial-demokrat partiyasında rəhbərliyin dəyişməsi partiyanın siyasətinin də dəyişməsi və hakim koalisiyanın çökməsinə səbəb ola bilər.

Partiyanın parlamentdəki fraksiyasının yeni lideri gələn həftə seçilməlidir, partiya liderinin nə vaxt seçiləcəyi isə bəlli deyil.

Qeyd edək ki, ümumilikdə Avropa Parlamentinə keçirilən son seçkilərdə millətçi və qatı ifratçı qüvvələr öz mövqelərini möhkəmləndiriblər.

Amma hələlik Avropa Birliyi tərəfdarları koalisiyanı qoruyub saxlayırlar.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG