Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:09

Ukrayna şirkəti Rusiyaya qarşı milyardlarla dollarlıq məhkəməni udub


Ukraynanın Naftogaz şirkətinin başçısı Andrey Kobolev deyib ki, onun rəhbərlik etdiyi qurum Haaqada keçirilən arbitraj məhkəməsində Rusiyanı udub.

Kiyevin verdiyi vəsatətdə Rusiyanın Krımın ilhaqından sonra Naftogazın aktivlərini qəsb etdiyi bildirilirdi.

Kobolevin sözlərinə görə məhkəmə Rusiyanın başqa bir ölkənin aktivlərini qəsb etdiyini tanıyıb və onun buna görə Naftagaza təzminat ödəməli olduğunu bildirib.

Kobolev əlavə edib ki, Naftogaza dəymiş ziyana görə ödənəcək təzminatın məbləği gələn dinləmədə müəyyən ediləcək.

Bu dinləmənin ya 2019, ya da 2020-ci ilin əvvəllərində keçiriləcəyi gözlənilir. Naftogaz Krımın Rusiya tərəfindən ilhaqı ilə bağlı Qara dəniz şelfindəki itkilərini 5 milyard dollar dəyərində hesablayıb.

Beynəlxalq arbitraj məhkəməsi 1899-cu ildə təsis edilib. Bu məhkəmə dövlətlər arasında, habelə dövlətlərlə investorlar arasında mübahisələri mühakimə edir.

Krımın 2014-cü ildə ilhaqından sonra Ukrayna hökuməti və bir sıra Ukrayna şirkətləri mülkiyyətlərinin itirilməsinə görə Rusiyaya qarşı vəsatətlərlə beynəlxalq məhkəmələrə müraciət ediblər.

2018-ci ilin mayında Haaqadakı beynəlxalq Məhkəmə 17 Ukrayna şirkətinin 159 milyon dollarlıq təzminat vəsatətini təmin edib.

Bunların əksəriyyəti oliqarx İgor Kolomoyskinin adı ilə bağlıdır.

2018-ci ilin 26 noyabrında həmin məhkəmə Rusiya Federasiyasından Krımın ilhaqına görə Oşadbanka 1. 3 milyard dolalr təzminat ödənməsini tələb edib.

"Naftogaz Ukrainı” vəsatətini ayrıca vermişdi. Bu yaxınlarda şirkətin rəhbəri Andrey Kobolev AzadlıqRadiosuna danışmışdı:

Rusiyanın Ədliyyə Nazirliyi Haaqa məhkəməsinin təzminat ödənməsinə dair bundan əvvəlki qərarını tanımadığını bildirib və təzminat ödənməsindən imtina edib.

Bu barədə Kremlin sözçüsü Dmitry Peskov belə demişdi: “Rusiya bu məhkəmədə təmsil olunmayıb və nümayəndəsini məhkəmə prosesinə göndərməyib. Buna görə də biz bu məsələdə özümüzü tərəf hesab etmirik”.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG