Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:45

'Nənəmin evinə görə namizədliyimi qeydə almadılar'


Parlament seçkiləri. Karikatura
Parlament seçkiləri. Karikatura

Parlament seçkisinə müstəqil namizəd kimi qatılmaq istəyən Elbariz Tağıyev iddia edir ki, Mərkəzi Seçki Komissiyası (MSK) ona qarşı qərəzli davranıb. Ona görə də MSK-nı məhkəməyə verib.

2015-ci ilin noyabrında keçirilən parlament seçkisində 99 saylı Şəmkir kənd seçki dairəsindən namizəd olmuş E.Tağıyev bu dəfə namizəd kimi özünü 98 saylı Şəmkir şəhər seçki dairəsindən sınamaq qərarı verib. Deyir ki, əvvəldən dairə seçki komissiyası ona qarşı qərəzli olub:

«Namizədə seçki vərəqələri 5 gün ərzində verilməlidir. Amma mən onları güclə 20 günə götürdüm. Bundan sonra kəndlərdə imza yığmağıma mane olmağa başladılar. Hacıalılar kəndində imza toplayanda özüm dairəyə zəng elədim, çünki yeni şəxsiyyət vəsiqələrində verilmə tarixi və qeydiyyat ünvanları göstərilmir. Dedilər ki, yeni vəsiqələrdə olmadığı üçün onların qeyd olunması da lazım deyil. Sonradan isə bunu mənə problem elədilər», – E.Tağıyev yanvarın 31-də Sumqayıt Apellyasiya Məhkəməsində deyib.


Onun sözlərinə görə, əmlak məsələsiylə əlaqədar da problemlə üzləşib. Deyir ki, nənəsinə məxsus evi ona aid daşınmaz əmlak kimi qələmə veriblər: «Nənəmin evinə görə namizədliyimi qeydə almadılar».

MSK qərarını necə əsaslandırıb

E.Tağıyev namizədliyinin qeydə alınmaması barədə 98 saylı DSK-nın qərarından MSK-ya şikayət edib. MSK yanvarın 18-də bu məsələyə baxıb və onun namizədliyinin qeydə alınmaması haqda qərarı haqlı sayıb.

«Elbariz Tağıyevin əmlakı barədə təqdim etdiyi məlumatda göstərilməyən, lakin ümumi birgə mülkiyyət hüququ əsasında ona məxsus, dövlət qeydiyyatına alınmış kənd təsərrüfatı təyinatlı və həyətyanı torpaq sahələri aşkar olunub. Elbariz Tağıyevin ona məxsus daşınmaz əmlaklar barədə dairə seçki komissiyasına düzgün məlumat verməməsi Seçki Məcəlləsinin 60.2.3-cü maddəsinə əsasən, namizədin qeydə alınmasından imtina üçün əsasdır», – MSK öz qərarında belə yazıb.

E.Tağıyev MSK-nın qərarından verdiyi şikayətə Sumqayıtda baxılmasını istəyib, məhkəmədə də bunu deyib.

Amma MSK-nın nümayəndəsi Tofiq Həsənov buna qarşı çıxıb. Deyib ki, obyektivlik, operativlik baxımından bu işə Gəncə Apellyasiya Məhkəməsində baxılmalıdır. Çünki sözügedən dairə bu məhkəmənin əhatəsində olan ərazidir.

Onun istəyi nəzərə alınıb, Sumqayıt Apellyasiya Məhkəməsi işi Gəncəyə göndərib.

2015-ci ilin parlament seçkilərində E.Tağıyevin namizəd olduğu dairədən Sona Əliyeva deputat seçilmişdi. MSK-nın açıqladığı nəticələrə görə, E.Tağıyev isə 5-ci olmuşdu. O zaman da E.Tağıyev S.Əliyevanın seçki qanunvericiliyinin tələblərini pozması haqda MSK-ya şikayət etmişdi.

Keçmiş deputatlardan Sahibə Qafarova bu dəfə 98 saylı Şəmkir şəhər seçki dairəsindən hakim YAP-ın namizədidir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG