Keçid linkləri

2024, 19 May, bazar, Bakı vaxtı 22:03

5 nəfərin ölüm işi geri qayıtdı


Cinayət işi
Cinayət işi

Bir il öncə Bakıda – Xocasən-Lökbatan yolunda beş nəfərin ölümünə səbəb olan yol qəzasıyla bağlı cinayət işini məhkəmə geri qaytarıb. Bakı Ağır Cinayətlər Məhkəməsi belə nəticəyə gəlib ki, istintaq vaxtı qanun pozuntularına yol verilib, bu iş düzgün araşdırılmayıb, ona görə də təkrar istintaqa qaytarılıb yenidən araşdırma aparılmalıdır. İstintaq dövründə ən böyük qanun pozuntularından biri isə dövlət hesabına təyin edilmiş vəkilin hərəkətləri olub.

2017-ci ilin dekabrında baş vermiş qəzada «Mercedes» markalı minik avtomobiliylə yük maşını toqquşmuş, bir ailənin beş üzvü ölmüşdü. Ölənlər arasında 6 aylıq körpə də vardı. Həmin hadisəyə görə cinayət məsuliyyətinə cəlb olunan isə yük maşınının sürücüsü Heydər Quliyevdir.

H.Quliyev bildirir ki, qəzanın baş verməsində onun təqsiri olmayıb. Yolda getdiyi yerdə «Mercedes» gəlib yük maşınına çırpılıb. Sürücünün sözlərinə görə, o, uzun müddət təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunduğunu bilməyib. Müstəntiq ona bu barədə heç bir söz deməyib. Müdafiəçi kimi dindirmə protokollarına və başqa sənədlərə imza atmış vəkil Şükür Şıxıyevi isə ümumiyyətlə, görməyib.

Bu vəkili məhkəməyə çağırıb dindirəndə məlum olub ki, H.Quliyev doğru deyir. Vəkil Ş.Şıxıyev özü də etiraf edib ki, iştirak etmədiyi istintaq hərəkətlərinin protokollarına imza atıb: «Ekspertiza rəyinə baxanda gördüm ki, Heydər Quliyev günahkardır. Bu adam beş nəfərin ölümünə səbəb olmuşdu. Özü orada yox idi. Bildim ki, buna görə məni yenə idarəyə çağıracaqlar. Ona görə elə bütün sənədlərə qol çəkdim...».

Vəkilin bu cür davranışı təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması kimi qiymətləndirilib.

H.Quliyev CM-in 263.3 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma - ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham olunur. İstintaq və məhkəmə dövrü üçün onun barəsində başqa yerə getməməyə dair iltizam qətimkan tədbiri seçilib. H.Quliyevin ittiham olunduğu maddədə 5 ilədək nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 5 ildən 10 ilə qədər həbs nəzərdə tutulub.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG