Keçid linkləri

2024, 07 May, çərşənbə axşamı, Bakı vaxtı 22:17

Müstəqillikdən üzü bəri deputat olanlar...


Azərbaycan parlamenti, 2 dekabr 2019
Azərbaycan parlamenti, 2 dekabr 2019

Daha bir seçki arxada qaldı. Əvvəlki tərkibin böyük bir hissəsi (təqribən 2/3 hissəsi) yenidən Milli Məclisə düşdü.

Azərbaycan müstəqillik əldə edəndən üzü bəri ölkədə 6 parlament seçkisi keçirilib. Bəziləri bütün bu seçkilərdən qalib ayrılıb.

6-cı dəfə deputat olanlar

Ziyafət Əsgərov, 10 aprel 2009
Ziyafət Əsgərov, 10 aprel 2009

Vasif Talıbov, Fəttah Heydərov, Ziyafət Əsgərov Eldar İbrahimov, Madər Musayev, Mixail Zabelin və Fəzail Ağamalı 6-cı dəfə Milli Məclis üzvü olublar.

5-ci dəfə seçilənlər

Yeni tərkibdə Oqtay Əsədov, Siyavuş Novruzov, Aydın Mirzəzadə, Əli Hüseynli, Səməd Seyidov, Bəxtiyar Sadıqov, Səttar Möhbalıyev, Eldar Quliyev, Məlahət İbrahimqızı, İmamverdi İsmayılov və Bəxtiyar Əliyev 5-ci dəfə deputat seçiliblər. Habelə, Zahid Oruc, Tahir Rzayev, Azər Kərimli, Musa Quliyev də ardıcıl olaraq 5-ci dəfədir ki, namizədliklərini irəli sürdükləri dairələrin qalibi elan ediliblər.

4-cü dəfə seçilənlər

İsa Həbibbəyli, Elman Məmmədov, Adil Əliyev, Ziyad Səmədzadə, Azay Quliyev, Qənirə Paşayeva, Asim Mollazadə, Əli Məsimli, Fazil Mustafa, Qüdrət Həsənquliyev, Vahid Əhmədov, Ülvi Quliyev, Cavanşir Paşazadə üçün də ardıcıllıq pozulmayıb. Onlar 4-cü dəfə deputat olublar.

Mandat qazananlar arasında Əhliman Əmiraslanov, Musa Qasımlı, Sahib Alıyev, Sabir Rüstəmxanlı, Tahir Kərimli, Kamaləddin Qafarov, Ülviyə Həmzəyeva, Aydın Hüseynov da Milli Məclis üçün təzə simalar deyil.

Hətta ləğv edilən 4 dairənin üçündən də qaliblər keçmiş deputatlar idi: Hüseynbala Mirələmov, Hadı Rəcəbli, Çingiz Qənizadə...

YAP-çılar parlamentin yeni tərkibində də çoxluq təşkil edirlər

İlham Əliyev, Milli Məclisdə, 10 mart 2020
İlham Əliyev, Milli Məclisdə, 10 mart 2020

“Altıncı çağırış Milli Məclis çoxpartiyalı məclisdir. Bu, çox müsbət əlamətdir. Hesab edirəm ki, siyasi sistemin təkmilləşdirilməsi işində Milli Məclisin çox böyük rolu olacaqdır və olmalıdır. Bütün siyasi qüvvələr seçkilərdə iştirak etmişlər.”

Bu sözləri Azərbaycan prezidenti İlham Əliyev martın 10-da Milli Məclisin ilk iclasındakı çıxışında deyib.

Parlamentin yeni tərkibində də, özündən əvvəlkilərdə olduğu kimi, siyasi partiyalar qeyri-praporsional təmsil olunublar. Ölkədə qeydiyyatdan keçmiş 55 siyasi partiyanın 36-sı seçki prosesindən kənarda qalıb, qalan 19-unun isə cəmi 9-u mandat qazana bilib. Yeni Azərbaycan Partiyasından (YAP) olan deputatların sayı digər siyasi partiyalardan olan deputatlardan ümumi sayından təqribən 7 dəfə çoxdur.

Ötən seçkidə YAP-ın 72 üzvü deputat mandatı qazanmışdı. Bu seçkidə ilkin açıqlanan nəticələrə görə həmin partiyanın 71 üzvü qaliblər sırasında yer almışdı. Amma bir neçə dairənin nəticələrinin ləğvi YAP deputatlarının sayını, hələlik, 69-a endirdi.

Vətəndaş Həmrəyliyi Partiyası 3, qalan 7 siyasi partiya isə hər biri cəmi 1 üzvlə (sədrlərlə) parlamentdə təmsil olunublar. Daha bir siyasi partiyanın- ReAL-ın nümayəndəsi də parlamentin yeni tərkibində yer alıb. Amma dövlət qeydiyyatının olmamağı bu partiyanı büdcədən maliyyələmə və seçki komissiyalarında təmsilçilik hüququndan məhrum edir. Beləcə 42 nəfər bitərəf statusunda Milli Məclisə üzv olub.

“Yeni tərkib mənəvi cəhətdən qüsursuz olmalıdır”

Açılış iclasında İlham Əliyev deputatlara seçicilərlə daim təmasda olmağı da tövsiyə edib:

“İndi sirr deyil, əvvəlki dövrlərdə bəzi deputatlar seçicilərdən bir qədər, yaxud da ki, tamamilə uzaqlaşmışdılar. Heç öz dairələrinə baş çəkmirdilər, problemlərlə maraqlanmırdılar. Öz şəxsi problemlərini ortaya qoyurdular. Buna da son qoyulmalıdır... Mən dərinə getmək istəmirəm. Ona görə yeni tərkibdə formalaşan Milli Məclis mənəvi cəhətdən qüsursuz olmalıdır.”

Seçkidə mojaritar, komissiyalarda proporsional sistem...

Azərbaycanda mojaritar seçki sistemi tətbiq olunsa da, seçki komissiyalarının təşkilində siyasi partiyaların parlamentdə təmsilçiliyi əsas götürülür. Mövcud qanunvericiliyə görə, bütün pillələrdən olan komissiyalara üzvlərin 1/3 hissəsi parlamentdə çoxluqdan, 1/3 hissəsi isə azlıq təşkil edən partiyalardan verilir. Qalan yerləri bitərəflər tuturlar. Mərkəzi Seçki Komissiyasının (MSK) 18, Dairə Seçki Komissiyalarının (DSK) 9, Məntəqə Seçk Komissiyalarının (MnSK) isə 6 üzvü olur.

Son parlament seçkisi 125 dairə üzrə 5 573 seçki məntəqəsində keçirilib. Bu isə bütün pillələr üzrə seçki komissiyalarına ümumilikdə 34 581üzv cəlb olunmağı deməkdir (MSK-ya 18, DSK-lara 1 125, MnSK-lara 33 438).Amma parlamentdə azlıq təşkil edən partiyalar indiyə qədər seçki komissiyalarına, onlara təklif olunan yerlərin əksəriyyətinə öz üzvlərini təyin edə bilməyiblər. Ekspertlər bunun səbəbini həmin partiyaların əksər bölgələrdə yerli təşkilatlarının, yaxud bu yerləri tutacaq qədər (11 136) üzvünün olmamağı ilə izah edirlər. Son parlament seçkilərinin nəticələri bu fikri səsləndirməyə əsas verir ki, yeni formalaşacaq seçki komissiyalarında da YAP dominant olacaq.

Xatırlatma

Bu il fevralın 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib. Seçkilərin nəticələrinə görə, yerlərin yarıdan çoxunu yenə hakim Yenə Azərbaycan Partiyası (YAP) qazanıb. Əslində, Azərbaycanda parlament seçkiləri bu ilin payızında keçirilməli idi. Amma deputatlar YAP-ın istəyi ilə parlamentin buraxılması və yeni seçkilərin keçirilməsi xahişi ilə ölkə rəhbərliyinə müraciət etmişdi. Onlar bunu prezidentin islahatlarına dəstək məqsədi ilə izah etmişdilər.

Müxalifətin bir qismi hakimiyyətin islahatların imitasiyasını yaratmaq istədiyini bildirərək seçkiləri boykot etdilər. Onlar dedilər ki, Azərbaycanda azad və ədalətli seçkilərdən ötrü minimum mühit belə yoxdur. Rəsmilər isə bu fikirlərlə razılaşmırlar.

Seçkinin səhəri ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları bürosu da ilkin rəyini açıqladı və orada bir sıra tənqidi fikirlər yer aldı. Seçkidən sonra MSK 4 dairədə nəticələri ləğv etmişdi. Həmin dairələrdə seçicilərin iradəsinə müdaxilə olduğu bildirilirdi. Bəzi müxalif partiyalar və müstəqil namizədlər isə bütün dairələrdə nəticələrin ləğvini istəyirdilər. Hərçənd, MSK və Konstitusiya Məhkəməsi buna ehtiyac görmədi.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG