Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 00:03

Yazıdan həyəcanlanan qadın: 'Bura müsavatçılara sözümü deməyə gəlmişəm'


Bakı Ağır Cinayətlər Məhkəməsi
Bakı Ağır Cinayətlər Məhkəməsi

«Mən bunlarla davaya gəlmişəm. Elə sözümü deməyə yer axtarırdım. Camaatın balalarını çıxarırlar ki, gəlin gedək, mitinq eləyək, nümayiş eləyək. Mən bura müsavatçılara sözümü deməyə gəlmişəm», – bastainfo.com saytındakı yazılardan həyəcanlandığını iddia edən Arzuxanım Məmmədova belə deyir. O, fevralın 5-də Bakı Ağır Cinayətlər Məhkəməsində saytın rəhbəri Mustafa Hacılının işi üzrə ifadə verib.

Saytdakı yazılardan həyəcanlandığını, ona görə də prokurorluğa şikayət etdiyini deyən 53 yaşlı A.Məmmədova ancaq nə saytın adını düz deyə bilib, nə də onu həyəcanlandıran məqalələrin başlığını.

Təqsirləndirilən M.Hacılı şahiddən soruşub ki, onda narahatlıq yaradan məqalə hansı rubrika altında çap olunmuşdu? Cavab verib ki, «Müsavat partiyası».

90-cı illərdən YAP üzvü olduğunu bildirən A.Məmmədova deyir ki, oğlu da həbsdədir, həm də namus üstündə...

O, prokurorluğa şikayət etməsi haqda da danışıb. Deyib ki, axşam bulvarda gəzəndə yazıları oxuyub və əsəbiləşib. Oradan birbaşa Bakı Şəhər Prokurorluğuna gedib: «Getdim, deyim ki, yorulmuşam artıq belə şeylərdən. Qapıda oğlana dedim, o da müstəntiq Elçin müəllimlə görüşdürdü».

A.Məmmədova deyir ki, prokurorluqda bir dəfə ifadə verib, elə şikayətə getdiyi gün: «İki balamın canı, bir dəfə ifadə vermişəm. Onu da təsdiqləyirəm. Mən yalan danışmıram».

Amma cinayət işinin materiallarında A.Məmmədovanın bir neçə ifadəsi var.

Məhkəmə prosesi fevralın 12-də davam edəcək.

Bastainfo.com saytındakı yazılardan həyəcanlandığı iddia olunan daha iki qadın var. Bunlar 45 yaşlı İlahə Xalidova və 51 yaşlı Zülfiyyə Babayevadır. Onlar da növbəti məhkəmədə dindiriləcəklər.

Xatırlatma

İyulun 9-da Baş Prokurorluq Gəncənin icra başçısı Elmar Vəliyevə sui-qəsd və Mingəçevirdə elektrik enerjisinin kəsilməsi nəticəsində bütün ölkənin işıqsız qalması ilə bağlı internetdə yayılan «yalan məlumatlar» və «qanunsuz çağırışlar»a dair cinayət işi qaldırıb.

Bundan sonra prokurorluq bastainfo.com, criminalaz.com, topxeber.az və fia.az saytlarının bağlanması barədə Rabitə Nazirliyinə müraciət edib.

Öncə M.Hacılı iş üzrə şahid kimi keçib. Ancaq noyabrın 30-da o, təqsirləndirilən şəxs qismində cəlb olunub. Saytda Mingəçevirdəki Su Elektrik Stansiyasında qəza və bütün ölkənin işıqsız qalması fonunda yenə də repressiyaların davam etməsi, bir də Gəncənin icra başçısı E.Vəliyevin güllələnməsi haqda iki yazıya görə M.Hacılıya qarşı 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar), 309.2 (vəzifə səlahiyyətlərini aşma) və 313 (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb. Məhkəmə ittihamları təsdiqləsə, M.Hacılı 8 ilədək azadlıqdan məhrum edilə bilər.

M.Hacılı barəsində polis nəzarətinə götürülmə üzrə qətimkan tədbiri seçilib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG