Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:14

Mustafa Hacıbəyliyə yeni ittiham irəli sürülüb (Video)


Mustafa Hacıbəyli
Mustafa Hacıbəyli

“Bastainfo.com” saytının baş redaktoru, Müsavat Partiyasının mətbuat xidmətinin rəhbəri Mustafa Hacıbəyliyə yeni ittiham irəli sürülüb.

Dekabrın 5-də Bakı Şəhər Prokurorluğuna çağırılan jurnalistə bu haqda prokurorluğun müstəntiqi məlumat verib.

Mustafa Hacıbəyliyə yeni ittiham irəli sürülüb
Gözlə

No media source currently available

0:00 0:01:40 0:00

“Bu gün mənə qarşı yeni məzmunda ittiham irəli sürüldü. İttiham maddələri eyni qalıb. Amma əvvəlki məzmunda qrupun tərkibində cinayətkar əməldən söz gedirdisə, hazırda bu formul götürülür”, - Mustafa Hacıbəyli bildirib.

İttihamı qəbul etməyən, istintaq qrupuna etiraz edən jurnalist həbsini istisna etməyb:

“Ölkədə düzgün və ədalətli məhkəmə yoxdur. İttiham üçün əsas olmasa da müstəntiqlər işi məhkəməyə vermək üçün çox tələsirlər”.

Mustafa Hacıbəyliyə Bakı Şəhər Prokurorluğunda cinayət işi açılması ötən həftə bəlli olmuşdu.

Prokurorluğa çağırılan jurnalistə bildirilmişdi ki, Gəncə hadisələri ilə bağlı barəsində Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar), 309.2 (vəzifə səlahiyyətlərini aşma) və 313 (vəzifə saxtakarlığı) maddələri ilə cinayət təqibi aparılır.

Prokurorluq həmçinin Mustafa Hacıbəyli haqqında polis nəzarətinə götürmə tədbiri seçib.

Xatırlatma

İyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyəti başçısına və polis əməkdaşına sui-qəsd törədilib. Bundan sonra Baş Prokurorluq məlumat yayıb ki, icra başçısı və polis əməkdaşına sui-qəsdlə bağlı bəzi media orqanlarında həqiqətə uyğun olmayan, təxribat xarakterli informasiyalar yayılıb.

Fakt üzrə CM-in 214-2 (terrorçuluğa açıq çağırışlar), 281.1 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 313-cü (vəzifə saxtakarlığı, yəni vəzifəli şəxs tərəfindən informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil edilməsi) maddələri ilə cinayət işi başlanıb.

Prokurorluq bastainfo.com, criminalaz.com, topxeber.az və fia.az internet saytlarına girişin məhdudlaşdırılması üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciət edib.

Bundan sonra həmin saytların rəhbər və əməkdaşları ardıcıl olaraq bir neçə gün prokurorluğa çağırılaraq dindirilib.

Ekspertlər baş verənləri söz və ifadə azadlığının məhdudlaşdırılması kimi dəyərləndirirlər. Hakimiyyət bundan öncə də bir sıra saytların bloklanmasına qərar verib. Beynəlxalq təşkilatlar bu addımı tənqid ediblər.

XS
SM
MD
LG