Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:22

Mustafa Hacıbәyli: ‘Barmaq izlәrimi götürdülər’


Mustafa Hacıbəyli
Mustafa Hacıbəyli

Müsavat Partiyasının mәtbuat xidmәtinin rәhbәri, bastainfo.com saytının baş redaktoru Mustafa Hacıbәyli onun barmaq izlәrinin götürüldüyünü bildirib.

Mustafa Hacıbәyli AzadlıqRadiosuna deyib ki, onu bu gün, iyunun 28-də Әdliyyә Nazirliyinin Binәqәdi Rayon İcra vә Probasiya Şöbәsinә çağırıblar:

"Müsavat Partiyasının qərargahında tədbir keçirilәrkәn telefonuma zәng gәldi vә mәni tәcili İcra vә Probasiya Şöbәsinә çağırdılar. Orada barmaq izlәrimi götürdülәr. Vәkillәrim isә deyir ki, bu şöbәnin belә sәlahiyyәti yoxdur".

Mustafa Hacıbəyli dediklərini Müsavat Partiyasının qərargahında keçirilən xeyriyyə marafonu ilə izah edib. Amma onun açıqlamasına, hələlik, Әdliyyә Nazirliyinin Binәqәdi Rayon İcra vә Probasiya Şöbәsindən münasibət almaq mümkün olmayıb.

İyunun 28-də Müsavat Partiyasının qərərgahında Repressiya və İşgəncələr Əleyhinə Komitənin təşkilatçılığı ilə Həmrəylik Maraofonu keçirilib.

Amma təşkilatçıların bildirməsinə görə, polis tədbiri dağıdıb.Təşkilatçıların vurğulamasına görə, xeyriyyə marafonu keçirməkdən məqsədləri etiraz aksiyalarında saxlanıb, cərimə edilən və onu ödəməyə imkanı olmayan şəxslərə dəstək vermək olub.

Daxili İşlər Nazirliyi də marafonun dağıdılması ilə bağlı deyilənlərə münasibət bildirməyib.

Bununla belə Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun bu gün, iyunun 28-də yaydığı birgə açıqlamada bildirilib ki, qanunla müəyyən edilmiş qaydada təşkil edilməyən toplantının keçirilməsinə cəhd “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanunun tələblərinə zidddir.

Xatırlatma

Mustafa Hacıbәyli mәhkәmәnin qәrarı ilә bu il fevralın 21-dә 5 il 6 ay şәrti azadlıqdan mәhrum edilib.

Gəncə hadisələrindən sonra Mustafa Hacıbəyliyə Bakı Şəhər Prokurorluğunda cinayət işi açılmışdı.

Onun barəsində Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar), 309.2 (vəzifə səlahiyyətlərini aşma) və 313 (vəzifə saxtakarlığı) maddələri ilə cinayət təqibi aparılırdı.

Baş Prokurorluq Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə 2018-ci il iyulun 3-də sui-qəsdlə əlaqədar bəzi informasiya resursları haqqında hüquqi tədbirlərin görüldüyünü bildirmişdi.

Onda bəzi media qurumları çağırış xarakterli, ictimaiyyəti çaşdıran məlumatlar paylaşmaqda günahlandırılırdı.

Onların arasında bastainfo.com saytı da var idi. Həmin saytlara ölkə daxilindən giriş məhdudlaşdırıldı və onların əməkdaşları istintaqa çağırıldı. Saytlar ittihamları qəbul etmir, bunu media azadlığının boğulması kimi dəyərləndirirlər.

Sui-qəsd nəticəsində ağır yaralanan Elmar Vəliyev isə sonradan prezidentin sərəncamı ilə tutduğu vəzifədən azad edilib.

Sui-qəsdi törətdiyi bildirilən Yunis Səfərov həbs edilib. Hüquq-mühafizə qurumları baş verənləri terror sayır. Onlar iddia edir ki, Yunis Səfərovun terror aktını törətməkdən əsas məqsədi Azərbaycanda şəriət qanunları ilə idarə olunan İslam dövləti qurmaq olub. Hələlik, Yunis Səfərov bu iddialarla bağlı münasibətini açıqlamayıb. Onun məhkəməsi hələ olmayıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG