Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:22

Müslüm Maqomayevin ölüm günüdür


Müslüm Maqomayev
Müslüm Maqomayev

-

Oktyabrın 25-də müğənni və bəstəkar Müslüm Maqomayevin dünyaya vida etməsindən 7 il keçir. İfaçı 2008-ci ildə vəfat edib və Bakıdakı Birinci Fəxri Xiyabanda dəfn olunub.

Müslüm Maqomayev 1942-ci ildə Bakıda doğulub. Azərbaycan Dövlət Konservatoriyasını bitirib. 19 yaşında Helsinkidə gənclər festivalının qalibi olub. 1969-cu ildə Sopot (Polşa) beynəlxalq mahnı festivalının baş mükafatını qazanıb. Milanın "La Skala" opera teatrında təcrübə keçib.

Azərbaycan Opera və Balet Teatrının solisti, Dövlət Estrada-Simfonik Orkestrinin bədii rəhbəri olub. Sənətkar keçmiş SSRİ-nin bir çox təltiflərinə, müstəqil Azərbaycanın "Şöhrət" və "İstiqlal" ordenlərinə layiq görülüb.

XS
SM
MD
LG