Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 10:35

Müşfiqin heykəli yerinə qoyuldu [video]


Mikayıl Müşfiqin heykəli
Mikayıl Müşfiqin heykəli

Bu gün, martın 27-də şair Mikayıl Müşfiqin heykəli onun adını daşıyan parkdakı yerinə bərpa olunub.

Bu haqda AzadlıqRadiosuna «Azəravtoyolsevis» Açıq Səhmdar Cəmiyyətindən bildiriblər.

Artıq heykəl yenilənməli olan parkda yerləşdirilib.

Bu gündən başlayaraq parkda yenidənqurma işlərinə də start verildiyi bildirilir.

XATIRLATMA

Bu il fevralın 27-si Bakının Yasamal rayonunda Mikayıl Müşfiq adına parkda onun büstü götürülmüşdü. «Azəravtoyolservis» ASC-nin mətbuat xidməti büstün yenidənqurma işləri səbəbindən müvəqqəti götürüldüyünü açıqlamışdı.

Abidənin sökülməsi sosial şəbəkələrdə narazılığa səbəb olmuşdu.

Bir gün sonra prezident İlham Əliyev olayın araşdırılması və günahkarların cəzalandırılması barədə tapşırıq vermişdi. Ardınca da «8 N-li Xüsusi Təyinatlı Yol İstismarı» MMC-nin iş icraçısı Ramiz Rəhimov işindən kənarlaşdırılmışdı.

Azərbaycanın tanınmış şairlərindən olan Mikayıl Müşfiq 1937-ci ildə həbs edilib. 1938-ci ilin yanvarında, hələ 30 yaşı tamam olmamış güllələnib.

1970-cı ildə qoyulmuş büstün müəllifi Azərbaycanın yeganə qadın heykəltəraşı Münəvvər Rzayevadır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG