Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 11:22

Gənc müsəlmanların səyahətə xərclədiyi pul - 100 milyard dollar


Azərbaycanda turist var, otel qıtdır
Gözlə

No media source currently available

0:00 0:01:42 0:00

Azərbaycanda turist var, otel qıtdır

"Bu, turizm industriyasında yetərincə qiymətləndirilməyən bir seqmentdir. Əhalisinin əksəriyyəti müsəlman olan ölkələrdə orta təbəqə böyüyür, onlar səyahətə daha çox pul xərcləyirlər. Həm istirahət, həm də ziyarət üçün".

Bunu Atlantada yerləşən Phocuswright Inc.araşdırma şirkətinin turizm üzrə analitiki Douglas Quinby deyir.

Mastercard və HalalTrip saytının birgə hazırladığı hesabatda deyilir ki, 18-36 yaş arası müsəlman turistlərin səyahətə xərclədiyi pul artaraq 2025-ci ildə 100 milard dolaraq çatacaq.

Yəni ötən ildəkindən 2 dəfə çox olacaq.

Hesabat haqda yazan Bloomberg qeyd edir ki, müsəlman turistlərin ehtiyaclarını nəzərə alan ölkələr turizmin bu gəlirli seqmentindən daha çox faydalana biləcəklər.

İndi müsəlman turistlərin ən çox getdiyi ölkələr Malayziya və İndoneziyadır.

Bu ölkələrdə əhalinin çoxu müsəlmandır.

Amma Yaponiya, Tailand, Avstraliya kimi qeyri-müsəlman ölkələri də müsəlman turistlər arasında populyardır.

Məsələn, Yaponiyanın Okayama prefekturasında müsəlmanlar üçün halal menyular hazırlanıb. Eləcə də otellər müsəlman turistlərin ehtiyaclarını nəzərə almağa başlayıblar.

Yerli biznes nümayəndələri məscidlərə gedib İslam, müsəlman ölkələrinin mədəniyyəti haqda daha çox öyrənməyə çalışırlar ki, bunu öz işlərində nəzərə alsınlar.

Cənubi Koreya Halal qida festivalları təşkil edir. Bu, Şimali Koreya ilə qarşıdurma şəraitində çinli turistlərin sayının azalması zamanı atılan bir addımdır.

Gözlənilir ki, 2020-ci iləcən müsəlman səyahətçilərin sayı 156 milyona çatacaq. 2060-cı ilə qədər dünyada müsəlmanların sayının 3 milyarda çatacağı gözlənir. Yəni 2015-ci ildəkindən 70 faiz çox olacaq.

Son illərdə Azərbaycana gələn müsəlman turistlərin də sayı kəskin artıb.

Ərəb ölkələrindən Bakıya turist axını [Rəqəmlərdə]
Gözlə

No media source currently available

0:00 0:01:32 0:00

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG