Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:18

Hindistanda müsəlmanlara hücum edib inəklərini əllərindən alırlar


Hindistan - Kəlküttədə inəklərin kəsilməsini qadağan edən qanuna dəstək verən hindular. 2010
Hindistan - Kəlküttədə inəklərin kəsilməsini qadağan edən qanuna dəstək verən hindular. 2010

Bu ilin aprelində Rajasthan ştatında 55 yaşlı müsəlman Pehlu Khan-ın döyülüb öldürülməsi videosu yayıldı.

Bir qrup insan Khan-ı təpikləyir, başqa bir qrup isə onun inəklərini oğurlayırdı.

İnəklər o zaman yaxınlıqdakı "İnək sığınacağı"na aparıldı.

Belə "sığınacaq"lardakı inəklər satışa çıxarılır və pulu yerli hindu icmasına çatır.

"Amerikanın səsi" noyabrın 16-da çap etdiyi məqalədə qeyd edir ki, Hindistanın 1,3 milyardlıq əhalisnin 14 faizi müsəlmandır.

Son illər radikal hinduların müsəlmanlara hücumları ölkədəki proseslərin hansı səmtə getdiyi haqda suallar yaradıb.

XÜSUSİ QRUPLAR

Millətçi hindular xüsusi dəstələr yaradaraq inəklərin müdafiəsi ilə məşğul olduqlarını bildirirlər.

Amma faktiki müsəlmanların qanuni mülkiyyətində olan inəkləri oğurlayırlar.

Millətçi baş nazir Narendra Modi 2014-cü ildə hakimiyyətə gələndən bəri belə "əməliyyatlar"ın sayının artdığı deyilir.

Reuters Hindistanın şimalında inək oğurluğu ilə məşğul olan iki əsas qrupla əlaqə saxlayıb.

Onlar son 3 ildə 190 000 inəyi "xilas etdiklərini" deyiblər.

Bəzən bu oğurluqlar polisin gözü önündə baş verir.

"MÜQƏDDƏS HEYVAN"

Hindular inəkləri müqəddəs heyvan sayırlar.

Hindistanın əksər bölgələrində mal ətinin satışı qadağandır.

Hindistanın cənub-qərbindəki Maharashta ştatında fəaliyyət göstərən Bajrang Dal qrupunun təmsilçisi Dinesh Patil "Reuters"ə deyib ki, "Əslində bu dünyada hamı hindu kimi doğulub. Sadəcə onlar sünnət edilərək müsəlman, xaç suyuna çəkilərək xristian olublar".

Bu qrup Hindistanın ən güclü millətçi təşkilatı - Rashtriya Swayamsevak Sangh (RSS) ilə bağlıdır.

Narendra Modi
Narendra Modi

"HİNDİSTANIN PAKLIĞINA XƏLƏL GƏTİRİBLƏR"

RSS hesab edir ki, son min ildə müsəlmanların və xristianların müdaxiləsi "Hindistanın paklığına xələl gətirib".

Bu millətçi təşkilat Modinin siyasi partiyasının - Bharatiya Janata Party-nin yaradılmasında iştirak edib.

Baş nazir bu millətçi təşkilatın toplantısına ilk dəfə uşaqkən qatılıb.

Onun özü müsəlmanların inəklərinin əllərindən alınmasını pisləyib.

Amma hakim partiyanın nümayəndəsi Sudhanshu Trivedi Reuters-ə deyir ki, inəklər sahibindən yalnız o zaman alınır ki, onlar qanunu pozurlar.

Hindistanın Daxili İşlər Nazirliyindən isə Modinin hakimiyyətə gəlişindən sonra inək oğurlualarının artması barədə deyilənləri təkzib edirlər.

Nazirlik deyir ki, bəzi sakinlər "inəklərin müdafiəsi üçün mübarizə aparırlar, amma hökumət bütün vətəndaşların, o cümlədən azlıqların hüquqlarının qorunmasında qərarlıdır".

Ali Məhkəmə də bu ilin sentyabrında qərar çıxarıb ki, mərkəzi hakimiyyət və ştatların icra strukturları inək oğurluğu və bununla bağlı halların qarşısını almaq üçün polis qüvvələri cəlb etməlidirlər.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG