Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 15:52

Müsavatçı fəal: '13 yaşlı oğlumu polisə çağırdılar'


Polis xidməti maşını, Bakı
Polis xidməti maşını, Bakı

“Yetkinlik yaşına çatmayan, 13 yaşlı oğlumu polisə çağırdılar”.

Bu sözləri AzadlıqRadiosuna Müsavat Partiyasının Sumqayıt şəhər təşkilatının üzvü Sərvər Hüseynov deyib.

S. Hüseynovun sözlərinə görə dünən, mayın 3-ü oğlu S-nın mobil telefonuna zəng gəlib və özünü Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşı kimi təqdim edən adam onu İdarəyə dəvət edib.

“Oğlum bildirib ki, 13 yaşı var və mənə zəng vurmağı məsləhət görüb. Bundan sonra mənə zəng gəldi, məni və S-nı polisə çağırdılar”.

S. Hüseynov həmçinin bildirib ki, oğlunu İdarəyə aparmasa da, özü ora gedib. Musavat Partiyası üzvü vurğulayıb ki, anket məlumatlarını dəqiqləşdiriblər və bunu profilaktik tədbir adlandırıblar.

“Özüm müsavatçıyam, oğlum da siyasi proseslərlə maraqlanır, sosial şəbəkədə profili var, orda öz uşaq təfəkkürünə uyğun paylaşımlar edir, yazır. Onu da yəqin buna görə çağırmışdılar”.

Sumqayıt Şəhər Polis İdarəsi və Daxili İşlər Nazirliyi-ndən, hələlik, bu deyilənlərə münasibət almaq mümkün olmayıb. Amma rəsmilər birqayda olaraq Azərbaycanda insanların siyasi baxış və fəaliyyətlərinə görə, nəzarətə götürülməsi, təzyiqlərə məruz qalması ilə bağlı deyilənləri əsaslı saymırlar.

Hüquqşünas nə deyir?

Yalçin Imanov, 19 oktyabr 2016
Yalçin Imanov, 19 oktyabr 2016

Hüquqşünas Yalçın İmanov da AzadlıqRadiosuna bildirib ki, 18 yaşına çatmayan uşağı polis və ya digər istintaq orqanlarına dəvət edəndə onu mütləq qanuni nümayəndəsi, yəni valideynlərdən biri müşayiət etməlidir. Y.İmanovun deməsinə görə, uşaqdan izahat alınmasında, dindirilməsində onlar iştirak etməlidir.

“Əgər qanunun bu tələbinə əməl edilmirsə, bu qanun pozuntusu sayılır”.

Y. İmanov qeyd edib ki, dinc siaysi fəaliyyətinə, razılaşdırılmış aksiyalarda iştirakına və ya sosial şəbəkələrdə qanun çərçivəsində yazılmış statuslarına görə, vətəndaşın polisə çağırılması qanuna ziddir.

“Tənqidə görə təqib qadağandır. Əgər yazılmış statusda, məqalədə qanuna zidd bir çağırış, təhqiramiz ifadələr yoxdursa, ancaq tənqid varsa, həmin tənqidə görə təqib və təzyiqlər Konstitusiyaya ziddir”. deyə hüquqşünas hesab edir.

XS
SM
MD
LG