Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:15

Jurnalistlərə hücum olub


Foto arxiv
Foto arxiv

“Yeni Müsavat” qəzetinin 2 əməkdaşı Bakının Sabunçu qəsəbəsində söküntü ilə bağlı çəkiliş aparmaq istəyərkən təzyiqlərə məruz qalıblar.

Söküntünü aparan "Tornado" şirkəti mühafizə xidmətinin əməkdaşları reportyorlar Məhəmməd Türkmən və İlkin Muradova hücum edərək, onları təqhqir edib və fiziki təzyiqlər göstəriblər.

Bu barədə AzadlıqRadiosuna Məhəmməd Türkmənin özü məlumat verib.

Onun sözlərinə görə hadisə yerinə telefonla şəxsi şikayət əsasında gediblər və mühavizəçilərə vəsiqə göstərsələr də çəkiliş aparılmasına imkan verməyiblər:

“Onlar bizim kameramıza əl atdılar, çəkiliş aparmamağımızı tələb etdilər, bizi itələdilər. Bizsə onlardan qaçaraq evlərdən birinə girdik”,- deyə Məhəmməd Türkmən bildirib.

Onun sözlırinə görə redaksiyanın müdaxiləsindən sonra onlar ərazidən uzaqlaşa biliblər.

Məhəmməd Tükmən deyir ki,mühavizəçilər ev sahibi və oğluna da fiziki xəsarətlər yetiriblər: ”Düzdü həmin ərazi neft şirkətinə məxsusdur və tikililər qanunsuzdur, amma bu o demık deyil ki, insanları döymək olar. Sökmək üçün məhkəmənin qərarı olmalıdır”.

Məhəmməd Türkmən faktla bağlı Daxili İşlər Nazirliyinə yazılı şəkildə şikayət etdiklərini deyir.

Müsavatın əməkdaşları hadisə ilə bağlı SOCAR-la əlaqə saxlayıb, amma onlara bildirilib ki, "Tornado" şirkətinin SOCAR-la heç bir əlaqəsi yoxdur.

XS
SM
MD
LG