Keçid linkləri

Təcili xəbərlər
2023, 23 Mart, Cümə axşamı, Bakı vaxtı 18:02

Teatrda çalışan müsavatçı: 'Piketdən bir gün sonra işdən çıxarılmışan'


Müsavat partiyasının piketi. 03Noy2017

Musiqili Komediya Teatrında rəqs (balet) truppasında çalışan Seymar Namazov işdən çıxarıldığını bildirir.

Müsavat partiyasının Abşeron təşkilatının üzvü olan S.Namazov bunu noyabrın 3-də Bakı şəhər İcra Hakimiyyətinin binası qarşısında keçirilən piketdə iştirakı ilə izah edib:

“Piketdən bir gün sonra (noyabrın 4-ü), səhər işə çatan kimi şöbə rəisi dedi ki, işdən çıxarılmısan. Qərar mənim üçün gözlənilməz oldu. O, mənə piketdə çəkilən şəkillərimi göstərdi və aksiyada iştirakıma görə bu cür qərar qəbul edildiyini dedi. Halbuki, elə noyabrın 4-də tamaşam da vardı. Əslində, burada şöbə rəisinə aid bir iş yoxdur. Mənim işdən çıxarılmağım barədə göstərişi teatrın rəhbərliyi verib”.

Buna da bax: Müsavatın piketində saxlanılanlar sərbəst buraxılıb

Seymur Namazov məhkəməyə müraciət edəcəyi barədə, hələ qərar qəbul etmədiyini bildirdi:

Musiqili Komediya Teatrı
Musiqili Komediya Teatrı

“Bu məsələni partiyada müzakirə edəcəm, sonra addımlar atacağam. Amma işdən çıxarılacağımı heç gözləmirdim”.

Müsavatçının dediklərinə, hələlik, Musiqili Komediya Teatrinin rəhbərliyinin münasibətini almaq mümkün olmayıb.

Noyabrın 3-də Müsavat Partiyası Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) qarşısında razılaşdırılmamış aksiya keçirib.

Həmin aksiyada partiyanın 9 üzvü, saxlanılıb. Onlar bir qədər sonra xəbərdarlıq edilərək sərbəst buraxılıblar.

Buna da bax:

"Müsavat" şəhərin mərkəzində piket keçirdi, saxlananlar var
Gözlə

No media source currently available

0:00 0:01:34 0:00

Xatırlatma

Müxalif partiya təmsilçiləri bundan əvvəl də siyasi baxışlarına görə işdən çıxarılmaları ilə bağlı şikayətlər dilə gətiriblər.

Demokratik Qüvvələrin Milli Şurası, hələ bu ilin aprelində Bakıda etiraz aksiyası keçirmişdi. Həmin aksiyadan sonra Milli Şuraya daxil olan Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) üzvü olan bir neçə müəllimin işdən kənarlaşdırıldığı bildirilirdi. Onlardan ikisi Əflatun Əhmədzadə və onun xanımı sonradan məhkəmə qərarı ilə işlərinə bərpa ediliblər. Hər iki müəllim Neftçala rayonundakı məktəblərdə müəllim işləyirdilər. Rayon təhsil şöbəsindən onların tədris qaydalarını pozduqları, siyasi loyallıq prinsipinin ziddinə olaraq, hakimiyyəti tənqid etdikləri açıqlanmışdı.

Bu yaxınlarda isə Milli Şuranın aksiyasında iştiraka görə, Azərbaycan Dövlət Dram Teatrının aktyoru Ayşad Məmmədov və Bakının Zirə qəsəbəsində yerləşən 120 saylı poçt şöbəsinin poçtalyonu Mehriban Hüseynlinin işdən çıxarıldığı bildirilmişdi. Hərçənd, rəsmi qurumlar onların sırf mitinqdə iştiraka görə, cəzalandırıldıqları haqda deyilənləri təsdiq etməyiblər.

Bundan başqa, Azərbaycan Demokrat Partiyası (ADP) sədrinin birinci müavini, ixtisasca həkim olan Həsrət Rüstəmov da məhkəməyə müraciət edib. O, isə mitinqdə iştirakına görə, Bakı Şəhər Təcili Yardım Stansiyasında həkimlikdən çıxarıldığını bildirir.

XS
SM
MD
LG