Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 10:10

Müsavat Partiyası seçkilərdə iştirak qərarı verdi


Arif Hacılı,19 noyabr 2019
Arif Hacılı,19 noyabr 2019

Müsavat Partiyasının Ali Məclisi bu gün, dekabrın 7-də gələn il fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etmək haqqında qərar qəbul edib. Bu barədə partiyanın başqanı Arif Hacılı bildirib.

“Uzün müzakirələr oldu, müzakirələrin nətisəində indiki ictimai-siyasi şəraitdə seçkilərdə iştirakın Azərbaycan cəmiyyətinin maraqlarına daha uyğun olduğu qənaətinə gəlindi və mütləq əksəriyyətin səs çoxluğu ilə iştirak etmək barədə qərar qəbul olundu” deyə partiya başqanı vurğulayıb.

Müxalifət qüvvələrindən ReAL Partiyası da növbədənkənar parlament seçkilərinə qatılacağını açıqlayıb.

Amma Milli Şura bununla bağlı qəti qərarını bildirməyib.
Qurumdan bu günlər verilən bəyanatda vurğulanıb ki, seçkilərin azad və ədalətli keçirilməsindən ötrü minimum şərtlər yerinə yetirilərsə onlar da prosesə qatıla bilərlər. Bunlara seçki komissiyalarının yenidən formalaşması, qeydiyyat mərhələsində maneələrin yaradılmaması, sərbəst toplaşmaq azadlığının təmin edilməsi və başqa şərtlər daxildir.

Amma, hələlik, hakimiyyətdən bu şərtlərə hər hansı müsbət münasibət bildirilməyib. Rəsmilər hesab edirlər ki, hazırkı şəraitdə də azad və ədalətli seçkilər keçirilə bilər.

Xatırlatma

Ötən ay, noyabrın 28-də hakim Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının iclasında partiyadan olan deputatlara parlamentin buraxılması barədə müraciət göndərmələri tövsiyə edilib. Bundan sonra hakim partiyadan olan deputatlar bu məsələ ilə bağlı həmin müraciəti hazırlayıb göndəriblər. YAP Siyasi Şurası o qərarını Prezident İlham Əliyevin islahatlar kursuna dəstək məqsədilə verdiyini açıqlamışdı.

Dekabrın 2-də də Milli Məclis parlamentin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi xahişi ilə prezidentə müraciət edib. Prezident isə parlamentin buraxılmasının konstitusiyaya uyğun olub-olmaması barədə Konstitusiya Məhkəməsinə sorğu göndərib. Konstitusiya Məhkəməsinin Plenumu dekabrın 4-də Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin keçirilməsini konstitusiyaya uyğun sayıb.

Nəhayət, dekabrın 5-də Prezident İlham Əliyev Milli Məclisinin beşinci çağırışının buraxılması və parlamentə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Növbədənkənar seçkilər 2020-ci il fevralın 9-na təyin edilib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG