Keçid linkləri

2024, 04 May, şənbə, Bakı vaxtı 23:27

Murtaza Muradpur azadlığa buraxıldı


Murtaza Muradpur
Murtaza Muradpur

İranda yaşayan azərbaycanlı fəal Murtaza Muradpur azadlığa buraxılıb. Bu haqda AzadlıqRadiosuna onun qardaşı Fərdin Muradpur məlumat verib.

65 gün aclıq aksiyası keçirən 29 yaşlı fəal anasının xahişiylə bir gün öncə aksiyanı dayandırmışdı. Dekabrın 29-da axşam o, sərbəst buraxılıb.

Fərdin Muradpur qardaşını dərhal xəstəxanaya götürdüklərini deyir. Həkim müayinəsindən keçdikdən sonra böyrəklərinə və ürəyinə ciddi ziyan dəymədiyi bəlli olub: «Sadəcə, bədəni susuz qaldığından və aclıq çəkdiyindən ağrıları var. Həkimlər tədricən bunun keçəcəyini deyirlər. İndi evdədir, istirahət edir».

Buna da bax-Urmiya gölü və Azərbaycan dili uğrunda mübarizə aparanlar [video]

Ana dilində təhsil və Urmiyə gölünün qurumasının qarşısının alınmasını tələb edən fəal bir neçə dəfə həbs olunub.

Murtaza Muradpur azadlığa buraxılması tələbiylə aclıq edirdi. İran cəza qanunlarına görə, o, cəzasının yerdə qalanını çəkmədən sərbəst buraxıla bilərdi. Onun həbsdən çıxmasına 9 ay qalırdı.

Aclıq aksiyası zamanı onun səhhətinin pisləşdiyi, hər an komaya girə biləcəyi deyilirdi.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG