Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:07

Keçmiş siyasi məhbus pasportsuz qalıb


Siyasi məhbus Murad Curayev 21 ildən sonra azadlıqda
Siyasi məhbus Murad Curayev 21 ildən sonra azadlıqda

-

Özbəkistan hakimiyyəti keçmiş siyasi məhbus Murad Curayeva vətəndaşlıq pasportu vermir. Bu barədə Fransada yerləşən “Mərkəzi Asiyada İnsan Haqları” assosiasiyası məlumat yayıb.

Curayev 21 illik həbsxana həyatından sonra ötən ay azadlığa buraxılıb.
63 yaşlı Murad Curayeva vətəndaşlıq pasportunun verilməməsini AzadlıqRadiosunun özbək bürosuna onun ailə üzvləri də təsdiqləyib:

“Atam bir neçə dəfə müraciət edib, amma hələ də pasport ala bilmir. Süründürürlər. Pasportsuz hətta qatara da bilet almaq və ya yaşadığı yerə qeydiyyata düşmək də olmur. Bundan başqa heç bir xəstəxana da atamı müalicə alması üçün qəbul etməyəcək” – Curayevin oğullarından biri belə deyib.

AZADLIŞA BURAXANDA ŞƏRT QOYUBKAR Kİ...

Nadejda Atayeva
Nadejda Atayeva

Keçmiş siyasi məhbusun özü ilə danışmaq mümkün olmayıb. Hüquq müdafiəçilərinin dediyinə görə, azadlığa çıxarkən ona jurnalistlərlə danışmamağı şərt qoyub.
“Mərkəzi Asiyada insan haqları” assosiasiyasının rəhbəri Nadejda Atayeva deyir ki, həbsxanada Curayev vərəm xəstəliyinə tutulub, bundan başqa həm də böyrək çatışmazlığı var. Onun dediyinə görə, hazırda keçmiş siyasi məhbus təcili müalicə almalıdır:

“Həbsxanada o, vərəmə tutulub, şaxtada ona verilən işgəncələrdən sonra isə böyrək çatışmazlığına düçar olub. Uzun müddət tibbi yardım alması məhdudlaşdırıldığından burun-udlaq və qulaqlarında da xroniki iltihab var. Bu isə onda nəfəsalma çətinliyi yaradır və daim başağrıları olur. Həbsdə olduöu müddətdə o, dişlərini də itirib. Həm əsəbləri pozulub, həm də fiziki əldən düşüb” – deyə Atayeva vurğulayır.

HƏYATI ÜÇÜN TƏHLÜKƏ VAR

Pasportsuz heç ölkənin daxilində də hərəkət etmək mümkün deyil, xüsusən də indi. Indi hüquq mühafizə orqanları şübhəli hesab etdikləri hər kəsi saxlaya bilirlər

1994-cu ildə Özbəkistan rəhbərliyi Curayevi hakimiyyəti zorla ələ keçirməyə cəhddə ittiham edib. Həmin il məhkəmə ona 12 həbs cəzası kəsib. Daha sonra dörd dəfə həbs müddəti uzadılıb.
Nadejda Atayevanən dediyinə görə, pasportun verilməməsi ilə Curayevin hüquqlarını əsaslı şəkildə pozulur.

“Bu, hər şeydən əvvəl onun sağlamlığı və həyatı üçün təhlükə yaradır. Murad Curayev hazırda öz ailəsi ilə Kaşkadarinsk vilayətinin Mubarek şəhərində yaşayır. Pasportsuz heç ölkənin daxilində də hərəkət etmək mümkün deyil, xüsusən də indi. Indi hüquq mühafizə orqanları şübhəli hesab etdikləri hər kəsi saxlaya bilirlər” – Atayeva belə deyir.

21 İL HƏBSDƏ QALAN İLK SİYASİ MƏHBUS...

Murad Curayev Özbəkistan müstəqillik qazandıqdan sonra ölkənin siyasi motivli ittihamla ən uzun müddətə həbsdə qalan ilk siyasi məhbusu hesab olunur. O, ötən ay ABŞ Dövlət Katibi John Kerri-nin Özbəkistana səfərindən sonra azadlığa buraxılıb.

80-ci illərin ikinci yarısında Murad Curayev Kaşkadarinsk vilayətinin Mubarek şəhərində icra komitəsinin sədri çalışıb. Həmin illərdə Kaşkadarinsk vilayətinə hazırki prezident İslam Kadirov rəhbərlik edirdi.
90-cı illərin əvvəllərində Curayev Özbəkistan parlamentinin deputatı olub.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG