Keçid linkləri

2025, 22 Mart, şənbə, Bakı vaxtı 20:43

Prezident ölüm xəbərini özü təkzib etdi


Zimbabve prezidenti Robert Muqabe
Zimbabve prezidenti Robert Muqabe

Zimbabve prezidenti Robert Muqabe ölümü haqda yayılmış şayiələri lağa qoyaraq deyib ki, ölübmüş, amma yenidən dirilib.

92 yaşlı Muqabe bu sözləri Harare hava limanında təyyarədən enərkən bəyan edib.

Təyyarənin uçuş marşrutu materialları onun Şərqi Asiyaya uçduğunu göstərsə də, təyyarə Dubaya uçmuşdu. Cənab Muqabe deyib ki, səfərə ailə məsələləri ilə bağlı çıxıbmış.

Ötən may ayında Muqabenin arvadı demişdi ki, onun əri hətta qəbirdən də ölkəni idarə edəcək.

Prezidentin arvadı Grace deyib ki, əri ölkəni qəbirdən də idarə edəcək
Prezidentin arvadı Grace deyib ki, əri ölkəni qəbirdən də idarə edəcək

Xəbər agentliklərinin təyyarənin uçuş məlumatını diqqətlə öyrənməsinə səbəb Muqabenin ciddi səhhət problemlərinin olduğu barədə şayiələrin yayılması ilə əlaqədar idi.

The Southern Daily internet saytı yazmışdı ki, “Robert Muqabenin beyninə qan sızıb və ölkəyə indi keçid prezidenti Mananqaqva rəhbərlik edir”.

Emmerson Mnanqaqva vise-prezidentdir.

Mən həmişə dirilirəm

Lakin Reuters agentliyinin xəbərinə görə cənab Muqabe hava limanında müxbirlərə yerli şona dilində deyib: “Mən uşaqlarımdan birinin işi ilə bağlı Dubaya getmişdim”.

Lakin o, növbəti israrlı suallara daha yumorlu cavab verib:

“Hə mən ölmüşdüm, düz sözümdür. Sonra həmişə olduğu kimi dirildim. Mən hər dəfə ölkəmə qayıdan kimi reallaşıram”.

Hə mən ölmüşdüm, düz sözümdür. Sonra həmişə olduğu kimi dirildim

Robert Muqabe Zimbabveyə 1980-ci ildən hökmdarlıq edir və bəyan edib ki, 2018-ci ildə yenidən prezident olmağa namizədliyini verəcək.

Dünya mediası ölkədə meydan sulayan korrupsiyadan və iqtidasi böhrandan yazır.

Ölkədə tez-tez etiraz aksiyaları keçirilir. Ötən həftə polis etiraz aksiyalarını iki həftəlik qadağan edib.

Bundan əvvəl Muqabe hökuməti əhalinin aclıq çəkdiyi bir şəraitdə prezidentə dəbdəbəli ad günü keçirdiyinə görə tənqid edilmişdi.

XS
SM
MD
LG