Keçid linkləri

2026, 22 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 20:41

Qarabağ məsələsi Münhendə müzakirə olunacaq

Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri  Nikol Pashinian, Vyana,  29 mart 2019
Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Pashinian, Vyana, 29 mart 2019

Fevralın 15-də Münhen Təhlkəsizlik Konfransı çərçivəsində Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Pashinian arasında Qarabağ məsələsi müzakirə olunacaq.

Bakı vaxtı ilə 20:30 başlayacaq görüşə Amerika-Rusiya fondunun prezidenti Celeste Wallander moderatorluq edəcək.

Danışıqların təxminən 45 dəqiqə davam edəcəyi bildirilir.

Xatırlatma

Ermənistanın Azərbaycana ərazi iddiaları ilə bağlı Qarabağ münaqişəsi 1988-ci ildən başlayıb.

1994-cü ildə atəşkəs razılaşmasına kimi Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.

Münaqişənin tənzimlənməsi ATƏT-in Minsk qrupuna həvalə edilib. ABŞ, Fransa və Rusiya həmsədr dövlətlərdir.

.

This item is part of
XS
SM
MD
LG