Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:07

Rusiyanın cəsəd və balzamlama mədəniyyəti


Vladimir Lenin
Vladimir Lenin

Vyetnamın kommunist hökuməti ölkənin əsas bütünün – inqilabın lideri Ho Şi Minin cəsədinin vəziyyətini dəyərləndirməyə xüsusi şura yaradıb. Cəsəd yarım əsr bundan əvvəl sovet kimyaçıları və pataloji anatomlarının köməyilə balzamlanıb. İndi də komitə ruslardan kömək istəyir.

Sovet balzamlama işinin biliciləri bu işi keçmiş Şərq bloku və dünyanın bir çox yerində görüblər.

1924-cü ildə bolşevik inqilabının lideri Vladimir Lenin öləndən sonra sovet rəhbərləri iki aya yaxın cəsədin necə qorunub saxlanacağı barədə razılığa gələ bilməyiblər. Bu zaman iki kimyaçı, Vladimir VorobyovBoris Zbarsky daimi dondurma əvəzinə kimyəvi məhlul təklif edib. Bundan sonra Sovet alimləri balzamlama dünyasının mərkəzində qərar tutublar.

Artıq bir əsrə yaxındır ki, dünyanın bir neçə ölkəsində ölü liderlərin cəsədləri bu yolla qorunub saxlanır. Bu ölkələrin demək olar, hamısı kommunist rejimlər tərəfindən idarə olunub, ya da olunur.

Sovet balzamçıları Lenindən sonra Bolqarıstanın kommunist lideri Giorgi Dimitrovun (1949), Leninin sələfi İosif Stalinin (1953), Şimali Koreyanın iki diktatoru – ata Kim Il Sung (1994) və oğul Kim Jong Il-in (2011) cəsədlərini balzamlayıblar.

Çexoslovakiya və Çinin kommunist liderləri Klement Gottwald (1953) və Mao Zedong-un (1976) da cəsədlərini balzamlama cəhdləri olsa da, uğursuz sonuclanıb. Onları balzamlamağı sovetlərə həvalə etmək istəməyib öz ölkələrinin mütəxəssislərinə tapşırıblar.

VLADİMİR LENİN (1924)

Vladimir Lenin ölü halda
Vladimir Lenin ölü halda

Bu siyahıdakı şəxslərin demək olar heç biri öləndən sonra mumiyaya çevrilmək arzusunda olmayıb. Lenin də dəfn olunmaq istəyirdi.

Ancaq sovet rəhbərliyi nədənsə onun cəsədini balzamlayaraq qoruyub saxlamaq qərarına gəlib.

Nəticədə Leninin cəsədi Moskvaya gələn turistlərin mütləq görmək istədiyi şeyə çevrilib. Hətta SSRİ-nin dağılmasından sonra da bu trend davam edir.

Yalnız II Dünya müharibəsi zamanı cəsədi nasist təhlükəsindən qorumaq üçün qısa müddətə Sibirə aparıblar. Qalan vaxtı o Moskvada olub.

Leninin dərisinin qorxunc parıltısı və mum kimi görünməsi parafin və digər materiallardan düzəldilmiş xüsusi qarışığa görədir. Bu maddə onun dərisinin yağını əvəz edib.

GİOTGİ DİMİTROV (1949)

Bolqarıstanın kommunist lideri Dimitrov 1949-cu ildə Moskvadakı sanatoriyada qəfildən ölüb. Onun öldürüldüyü haqda şayiələr yayılıb.

Bolqarıstan hökumətinin bir həftədən də az vaxt ərzində Sofiyada ona nəhəng mavzoley ucaltmasından sonra bu söz-söhbətlər daha da artdı.

Dimitrovun cəsədi onsuz da sovetlərin əlindəykən, “Lenin laboratoriyası” onu da balzamlayıb nümayiş etdirmək üçün mavzoleyə yerləşdirdi. Cəsəd 1990-cı ilə qədər burada ictimaiyyətə göstərilib, sonradan Sofiyanın mərkəzi məzarlığında dəfn edilib.

Giorgi Dimitrov mavzoleyi isə 1999-cu ilə qədər saxlanılıb. Həmin il mavzoleyi söküb, cəsədi isə yandırıb, külünü yenidən dəfn ediblər.

İOSİF STALİN (1953)

Josef Stalin-in cənazəsi, 1953-cü il mart ayı
Josef Stalin-in cənazəsi, 1953-cü il mart ayı

1953-cü ildə Stalinin ölümü ətrafında çoxlu müəmma və şübhə dolaşırdı.

Yüzminlərlə adamın Moskvaya axışdığı vaxtda Stalinin də cəsədini Qızıl meydandakı mavzoleydə Leninin yanına yerləşdirdilər.

Bu vaxta qədər artıq Lenin və Dimitrovun üstündə məşq eləmiş sovet balzamçıları bu işin də öhdəsindən yaxşı gəldilər.

Cəsəd mavzoleydə ta destalinizasiya qızışanadək – 1961-ci ilə qədər qalıb. Bundan sonra cəsədi mavzoleydən çıxarıb Kreml divarının şərq tərəfi boyunca düzülmüş kommunist və sovet “qəhrəmanlarının” nekropolunda dəfn ediblər.

Ancaq sovetlər bu prosesin incəliklərini daim gizli saxlayıblar. Bu sirləri heç ölkənin daxilində başqa mütəxəssislərə də açmayıblar.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG