Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:32

Ağ ev administrasiyasına Mick Mulvaney rəhbərlik edəcək


Mick Mulvaney
Mick Mulvaney

Ağ ev administrasiyası rəhbərinin səlahiyyətlərini Mick Mulvaney icra edəcək.

O, bundan əvvəl administrasiyanın büdcə idarəsinin rəhbəri idi.

“Guardian” qəzetinin yazdığına görə, qərarı prezident Donald Trump verib.

Mulvaney gələn ilin əvvəlindən administrasiyanın rəhbəri olacaq.

O, bu vəzifədə, John Kelly-ni əvəz edəcək.

Məlumatlara görə, Kelly ilə prezident Donald Trump arasında fikir ayrılığı yaranıb.

Mulvaney 2 il ərzində Ağ ev administrasiyasının 3-cü rəhbəri olacaq.

Şərhçilərin fikrincə Mulvanaey-in Ağ evin rəhbəri əvəzi təyin edilməsindən təxmin etmək olar ki, onun bu vəzifədə fəaliyyəti müvəqqəti olacaq.

Keçmiş konqresmen Mick Mulvaney kəskin büdcə qaydalarının tərəfdarıdır.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG