Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:54

Prezidentin müğənni rəqibi namizədliyini geri götürdü


Caxongir Atacanov
Caxongir Atacanov

Özbəkistanda məşhur müğənni Caxongir Atacanov prezident seçkisində iştirakdan imtina edib.

Bu barədə məlumatı AzadlıqRadiosunun Özbək xidməti müğənninin Instagram səhifəsinə istinadən verib:

“Mən artıq 15 gündür ki, heç bir siyasi efirə çıxmamışam. Çünki mənim hər belə efirim anamın ömrünü beş il qısaldır. Valideynlərimin göz yaşları mənə çox baha başa gəlir. Mənə bu yolla əldə olunan prezidentlik lazım deyil. Bu səbəbdən bütün komandamız qarşısında üzr istəyirəm. Mən siyasətdən çəkilmək qərarına gəlmişəm”.

2021-ci ilin əvvəllərində Atacanov demişdi ki, o siyasətlə məşğul olmaq və Özbəkistanın Erk müxalifət partiyasını bərpa etmək fikrindədir.

Mayın 26-da partiya 2021-ci ilin 24 oktyabrında keçiriləcək prezident seçkisinə Atacanovun namizədliyini irəli sürmüşdü.

Evinə hücum edilib

Lakin elə may ayında Caxongir Atacanovun mənzilinə tanımadığı adamlar soxulmuş və onun evini yumurta atəşinə tutmuşdular.

Bundan sonra müğənni bildirmişdi ki, hüquq-mühafizə orqanlarının təqiblərinə məruz qalır və dəfələrlə dindirilməyə çağırılıb.

Naməlum adamların basqını zamanı
Naməlum adamların basqını zamanı

O bundan başqa yazdığı videomüraciətdə deyirdi ki, mayın 12-də Türkiyədən Özbəkistana qayıtdıqdan sonra izləndiyini hiss edib.

Müğənni həm də xəbər tutmuşdu ki, onun Daşkənddəki daşınmaz əmlakına həbs qoyulub.

Şairin partiyası

Erk (İradə) partiyası Özbəkistanın müstəqillik tarixində ilk siyasi partiya olub.

Partiya 1991-ci ildə qeydiyyatdan keçib.

1991-ci ildə keçirilən ilk prezident seçkisində partiyanın lideri, şair Muxammad Salix İslam Karimovun yeganə və əsas opponenti idi.

Salix 1993-cü ildə Özbəkistanı tərk edib və artıq 26 ildir ki, Türkiyədə yaşayır.

Onun mühacirət etməsinə səbəb ona qarşı cinayət işinin açılması və terrorçu kimi beynəlxalq axtarışa verilməsi idi.

Onun Özbəkistanda qalan üç qardaşı həbs edilmişdi.

Prezident İslam Karimovun ölümündən sonra Şavkat Mirziyoyevin hakimiyyətə gəlməsi ilə Salixin adı Interpolun axtarış siyahısından çıxarılıb.

Həmin ilin martında Salix yaydığı videomüraciətdə Mirziyoyevi dəstəklədioyini bəyan etmişdi.

Lakin gaha sonra CurrentTime portalına müsahibəsində Salix demişdi ki, Mirziyoyevdən məyusdur və onu “Karimov tipli populist” hesab edir.

Bunun ardınca Özbəkistanın Ədliyyə Nazirliyi Erk partiyasının ölkə ərazisində fəaliyyətinin bərpasına icazə verilməsindən imtina etmişdi.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG