Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:40

Ağ Ev bildirir ki, ‘Rusiya təhqiqatı’ davam edəcək


Xüsusi prokuror Robert Mueller
Xüsusi prokuror Robert Mueller

Ağ Ev bildirib ki, Ədliyyə Nazirliyinin rəhbərliyində baş vermiş dəyişikliyə baxmayaraq, xüsusi prokuror Robert Mueller-in? Rusiyanın 2016-cı il ABŞ seçkisinə müdaxiləsinə dair təhqiqatı davam edəcək.

Sözçü Kellyanne Conway noyabrın 8-də Fox News telekanalına deyib ki, “bu davamlı prosesdir və Mueller-in təhqiqatı davam edəcək”.

Bundan bir gün əvvəl, noyabrın 7-də prezident Donald Trump Ədliyyə Nazirliyinə rəhbərlik edən baş prokuror Jeff Sessions-ı istefa verməyə məcbur edib.

Bu, bir çox demokratlarda Trump-ın Robert Mueller-in təhqiqatını dayandıracağından narahatlıq yaratmışdı. Elə həmin gün Ağ Evdə keçirdiyi mətbuat konfransında Trump xüsusi prokurorun araşdrımasını “rüsvayçılıq” və Birləşmiş Ştatlar üçün “pis” adlandırmışdı.

Bundan əvvəl keçmiş baş prokuror Jeff Sessions özünü Rusiya və Trump-ın kampaniyası arasında mümkün bağları araşdıran Mueller təhqiqatından aralamışdı. O bunu belə izah edirdi ki, özü Trump kampaniyasının üzvü olub. Buna baxmayaraq Trump Sessions-ın bu hərəkətindən narazı qalmışdı və buna görə baş prokuroru açıq tənqid atəşinə tuturdu.

Mueller-in təhqiqatına nəzarəti baş prokurorun müavini Rod Rosenstein həyata keçirirdi.

Lakin Trump baş prokuror vəzifəsinə onu yox, Ədliyyə Nazirliyi aparatının rəhbəri Matt Whitaker-i təyin edib. Beləliklə baş prokuror əvəzi vəzifəsinə gətirilən Whitaker Mueller-in araşdırmasına nəzarət etməlidir.

Keçmiş respublikaçı siyasətçi Whitaker əvvəllər Mueller-in təhqiqatını tənqid etmiş və onun məhdudlaşdırılmasına çağırmışdı. Demokratlar məhz bunu nəzərə alaraq onun da özünü bu təhqiqatdan aralamasını tələb edirlər.

“Trump Whitaker-ə təhqiqatın dayandırılması tapşırığını veribmi” sualına sözçü Conway Ağ Evin qarşısına yığılmış jurnalistlərə “prezident ona baş prokuror əvəzi kimi işləməkdən başqa heç nə tapşırmayıb” cavabını verib.

Moskvada Kremlin sözçüsü Dmitry Peskov Rusiyanın ABŞ seçkisinə müdaxiləsinə dair aparılan təhqiqatın “amerikalı partnyorlarımız üçün başağrısı olduğunu” deyib.

Lakin Peskov Sessions-ın istefası ilə bağlı suala cavab verməkdən imtina edərək deyib ki, “bu bizim işimiz deyil”.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG