Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:09

Müdafiə Sənayesi Nazirliyi ləğv edilir


Prezident İlham Əliyev bu gün, yanvarın 14-də Müdafiə Sənayesi Nazirliyinin əsasında “Azərsilah” Açıq Səhmdar Cəmiyyətinin (ASC) yaradılması haqda fərman imzalayıb. Bu bardə AZƏRTAC-ın yaydığı məlumatda bildirilir.

Fərmana əsasən, “Azərsilah” ASC yardılmasından məqsəd dövlət idarəetmə strukturunu optimallaşdırmaq və müdafiə sənayesinin inkişafının dayanıqlılığını təmin etməkdir. Habelə, bununla Azərbaycanın regionda silah istehsal edən əsas sənaye mərkəzlərindən birinə çevrilməsi məqsədi qarşıya qoyulur.

Cəmiyyətin fəaliyyətinə ümumi rəhbərliyi idarə heyətinin sədri və onun iki müvini həyata keçirəcək. İdarə Heyətinin sədrini prezident təyin edəcək.

Sənədə əsasən, Nazirlər Kabineti üç ay müddətində bu fərmandan irəli gələn məsələləri yerinə yetirməlidir.

Fərmanda qeyd edilir ki, “Azərsilah” ASC “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunla müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı günədək Müdafiə Sənayesi Nazirliyi öz fəaliyyətini davam etdirəcək.

Azərbaycan Müdafiə Sənayesi Nazirliyi 2005-ci ilin dekabrında yaradılmışdı.

XS
SM
MD
LG