Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:59

Müdafiə sənayesi naziri vəfat edib 


 Yavər Camalov - 2016
Yavər Camalov - 2016

İyunun 23-də müdafiə sənayesi naziri Yavər Camalovun Bakıdakı evində vəfat etdiyi bildirilir.

APA-nın məlumatına görə, bu günlərdə Parisdə keçirilən "EUROSATORY-2018” beynəlxalq müdafiə və təhlükəsizlik sərgisində iştirak etmiş Yavər Camalovun səhhəti qəfil pisləşib və vəfat edib.

Agentliyin xəbərinə görə, ölüm xəbərini onun ailəsinə yaxın mənbələr və Müdafiə Sənayesi Nazirliyi təsdiq edib.

69 yaşlı nazirin uzun müddət ağır xəstəlikdən əziyyət çəkdiyi deyilir. Xəstəliyin adı, hələlik, açıqlanmır.

Y. Camalov 1949-cu il oktyabrın 17-də Sabirabad rayonunun Çölbeşdəli kəndində anadan olub.

1972-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunu bitirib.

2006-cı ildən müdafiə sənayesi naziri işləyirdi.

Bundan əvvəl isə “Azneft” İstehsalat Birliyinin baş direktoru vəzifələrində çalışıb.

XS
SM
MD
LG