Keçid linkləri

Təcili xəbərlər
2018, 16 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 18:05

Müdafiə Nazirliyində kollegiya iclası olub


Azərbaycanın müdafiə naziri Zakir Həsənov. (sağdan ikinci) Moskva "Beynəlxalq Hərbi Oyunlar 2017"i izləyir. 12 avqust 2017

“Silahlı Qüvvələrin müxtəlif poliqonlarda keçirilən təlimlərdə qarşıya qoyulan məqsəd və vəzifələr uğurla yerinə yetirilib”.

Sentyabrın 21-də Müdafiə Nazirliyində keçirilən kollegiya iclasında müdafiə naziri Zakir Həsənov belə deyib.

Bu barədə Müdafiə Nazirliyinin saytı məlumat yayıb.

Nazir hərbiçələr qarşısında geniş çıxış edib.Prezident İlham Əliyevin BMT-nin 72-ci sessiyasındakı çxışına toxunub:
“Ali Baş Komandanın Dağlıq Qarabağ problemi ilə əlaqədar səsləndirdiyi fikirlər ordumuz üçün tapşırıq, bütün şəxsi heyətdən ötrü birbaşa əmrdir”

Toplantı hərbi rəhbər heytin iştirakı ilə keçirilib, cəbhə bölgəsində hazırlıq məsələlərinə həsr olunub.

Dünən, sentyabrın 20-si prezident İlham Əliyevin BMT-nin 72-ci sessiyasındakı çxışında Qarabağ münaqişəsinə də toxunub.O, vurğulayıb ki, Ermənistanın təcavüzkar siyasəti sülh danışıqlarına mane olur.
Xatırlatma

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG