Keçid linkləri

2025, 13 Fevral, Cümə axşamı, Bakı vaxtı 22:44

Müdafiə naziri cəbhə bölgəsində şəhərciyin açılışında- [Fotolar]


-

Avqustun 2-də cəbhə bölgəsində zabit ailələrin istifadəsinə verilən yaşayış kompleksinin və yeni hərbi şəhərciyin açılışı olub.

Açılış mərasiminə Müdafiə Nazirliyinin rəhbərliyi də qatılıb.

Bu haqda nazirliyin mətbuat xidməti xəbər verir.

Hərbi qulluqçuların ailələrinə nəzərdə tutulan yeni tikili 3 otaqlı 48 xidməti mənzildən ibarətdir. Binanın bütün zəruri şəraitlə, mebel və digər avadanlıqlarla təmin edildiyi açıqlanır.

Buna da bax: Müdafiə naziri tank hərbi hissəsinə və hospitala baş çəkdi- FOTOLAR

Xəbərdə qeyd edilir ki, müdafiə naziri Zakir Həsənov binanın və hərbi şəhərciyin açılışından sonra şəxsi heyətlə görüşüb. Nazirin ordu quruculuğuna xüsusi diqqət yetirilməsindən, döyüş mənəvi-psixoloji hazırlığın artırılmasından danışdığı bildirilir.

Mətbuat xidmətinin məlumatına görə, nazir deyib ki, hərbi hissələrin artıq 70 faizi sərinləşdirici avadanlıq və vasitələrlə təchiz edilib.

Son aylar cəbhə bölgəsində yeni inşa edilən bir neçə hospital və hərbi şəhərciyin açılışı olub.

XS
SM
MD
LG