Keçid linkləri

Təcili xəbərlər
2020, 21 Oktyabr, çərşənbə, Bakı vaxtı 03:13

Azərbaycanın müdafiə naziri Amerikaya gedir


Müdafiə naziri Zakir Həsənov, ABŞ-ın Baş Qərargah rəisi general Jozef Dunford, 16 fevral 2017

Martın 25-də Azərbaycan müdafiə naziri Zakir Həsənov Amerika Birləşmiş Ştatlarına (ABŞ) işgüzar səfər edəcək.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, səfər çərçivəsində Zakir Həsənov Birləşmiş Millətlər Təşkilatının Sülhməramlı Əməliyyatlarını yerinə yetirən ölkələrin müdafiə nazirlərinin Nyu-York şəhərində keçirilən toplantısında iştirak edəcək.Toplantı mart ayının sonuna təsadüf edəcək.
“Müdafiə naziri Z.Həsənovun BMT Baş Katibinin müavini - BMT-də Sülhməramlı Əməliyyatlar Departamentinin rəhbəri cənab Jan Pyer Lakrua və toplantıda iştirak edən digər ölkələrdən olan həmkarları ilə görüşləri nəzərdə tutulub.Görüşlərdə regional təhlükəsizlik, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, eləcə də BMT-nin sülhməramlı əməliyyatlarında iştirakın perspektivləri müzakirə olunacaq”, müdafiə nazirliyi bildirir.

Azərbaycan hərbi qulluqçuları indiyə kimi Kosovada, İraqda, Əfqanıstanda və Cənubu Sudandə Sülhməramlı Əməliyyatların tərkibində fəaliyyət göstərib. Hazırda Azərbaycanın Əfqanıstan və Cənubu Sudanda belə missiyası davam edir.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon işğal edilib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

Multimedia

XS
SM
MD
LG