Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 08:03

Müəllimlərin iqtisadi durumu yaxşılaşdırılmayınca pul yğmaq davam edəcək


Foto arxiv
Foto arxiv

Oktyabrın 5-i Azərbaycanda müəllimlər günüdür.

Bu ərəfədə məktəblərdə şagirdlərən pul yığılması, Müəllimlər Günü münasibətilə hədiyyələr yenə söz-söhbətə səbəb olub.

Valideynlər dərs ili başlayandan müxtəlif məqsədlərlə pul istənilməsindən gileylənirlər.

Təhsil Nazirliyi yenə bu mövzuda açıq danışmaq üçün özünün Qaynar Xəttini işə salıb.

Nazirlik bildirib ki, valideyinlər anonim olmadan 5 oktyabr Müəllimlər günü ilə bağlı pul yığılması barədə məlumat vermək üçün 146 nömrəli qaynar xəttə müraciət edə bilərlər.

Əgər fakt, araşdırma zamanı təsdiqini tapsa, həmin müəllim və ya məktəb direktoru dərhal işdən kənarlaşdırılacaq.

Bəs bu bəlanın kökünü nə cür kəsmək olar ?

“NEQATİV HALLARA ÇOX CİDDİ YANAŞMAYIBLAR”

Təhsil üzrə ekspert Etibar Əliyev məktəblərdə“Müəllim günü” və digər adlarla pul yığılmasını köhnə kadrların təhsil müəssiələrində hələ də vəzifə tutmaları ilə əlaqələndirir:

Etibar Əliyev
Gözlə
Embed

No media source currently available

0:00 0:02:05 0:00
Direct-ə keçid

“Müəyyən dövrlərdə məktəblərdə bu hal lap çox olub. Mən hesab edirəm ki, bu əsasən 98-ci ildən 2013-cü ilə qədər bu məsələlərin qarşısının alınması üçün elə bir tədbirlər görülməyib. Belə neqativ hallara çox ciddi yanaşmayıblar. Adətən bu da yəqin ki, müəyyən ətalətlə davam edir. Mən özüm Təhsil nazirliyində çalışmışam. Mən o zaman da görürdüm ki, xüsusi avtoritet məktəb direktorları var ki, təhsil naziri onlara söz deyə bilmir. Yəni onlar istədiklərini edə bilirlər. Ona görə də bunun qarşısının alınmamasının səbəblərindən biri köhnə kadrların çox olması, onların hələ də vəzifələrində qalması və bu işə bir növ adətkər olması ilə bağlıdır. İkincisi...”(Ətraflı audioda...)

“VƏZİYYƏTİMİZ AĞIRDIR”

Azad Müəllimlər Birliyinin sədri Məlahət Mürşüdlü deyir ki, bu müəllimlərin sosial- iqtisadi vəziyyəti ilə bağlıdır:

Məlahət Mürşüdlü
Gözlə

No media source currently available

0:00 0:01:52 0:00
Direct-ə keçid

“Sovetlərdən qalma bir ənənədir. Bu gün də çox təəəsüf olsun ki, davam edir. Dəfələrlə Təhsil nazirliyinin xəbərdarlığına, verdiyi əmrlərə rəğmən yenə də məktəblərdə bu hal baş verməkdədir. Bu o qədər davam edəcək ki, müəllimlərin sosial-iqtisadi durumu bu günki bazar qiymətlərinin tələblərnə uyğun olacaq. Çünki bizim kiçik bir anonim araşdırmamız var idi. Bu araşdırmada müəllimlər bizə ən əsas problem kimi, səbəb kimi göstərirdilər ki, vəziyyətimiz ağırdır. Aldığımız hədiyyələr, pul bizim müəyyən problemlərimizin həllinə yardm edir. Ona görə düşünürəm ki, öncəliklə müəllimlərin iqtisadi durumu yaxşılaşdırılmalıdır. İkinci də bizim valideynlər də bu neqativ halda tərəf kimi iştirak edir...” (Ətraflı audioda...)

“BİR NÖV XASİYYƏTƏ ÇEVRİLİB.”

Milli Məclisin keçmiş Elm və təhsil komissiyasının sədri Şahlar Əsgərov isə deyir ki, bu pis xasiyyətdən qurtulmaq üçün zamana ehtiyac var:

Şahlar Əsgərov
Gözlə

No media source currently available

0:00 0:00:31 0:00
Direct-ə keçid

“Bir növ xasiyyətə çevrilib. Pis xasiyyət üçün insana zaman tələb olunur. İstər siqaret çəkmə olsun, istər araq içmə olsun, istər tələbədən pul yığma olsun. Görünür bunun zamana ehtiyacı var. Amma biz tədricən təbliğatımızı aparmalıyıq. İctimaiyyət onları kənar tutmalıdır. Təhsil nazirliyi onları inzibatı qaydada və ya başqa cür cəzalandırmalıdır. Beləliklə, biz sağlam mühitə çıxmalıyıq.”

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG