Keçid linkləri

2024, 17 İyul, çərşənbə, Bakı vaxtı 17:36

Şura İctimai TV-ni məhkəməyə verib


Fotyo arxiv
Fotyo arxiv

Azərbaycan Milli Televiziya və Radio Şurası İctimai Televiziya və Radio Yayımları Şirkətini məhkəməyə verib.

Şura İTV-də yayımlanan “Qarabağnamə” çoxseriyalı bədii televiziya filminə ayrılan vəsaitin geri qaytarılması tələbi ilə 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə müraciət edib.

Məhkəmə Şuranın iddiasını təmin edib.

Bu qərarla razılaşmayan İTV isə apellyasiya şikayəti verib.

APA-nın məlumatına görə, çəkişməyə səbəb İTV-nin "Qarabağnamə" televiziya filmini yarımçıq dayandırması olub və Şura buna görə məhkəməyə üz tutmalı olub.

Məlumata görə, prezident İlham Əliyev 2011-ci ildə milli teleseriallar və televiziya filmlərinin çəkilməsi üçün televiziya kanallarına dövlət büdcəsindən 5 milyon manat vəsait ayrıb.

Həmin vaxt “Qarabağnamə” serialının çəkilişinə 100 min manat vəsait sərf olunacağı bildirilirdi.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG