Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 13:54

Daha bir keçmiş MTN-çinin məhkəməsi başlanır


Keçmiş MTN binası.
Keçmiş MTN binası.

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin şöbə rəisi Vüsal Ələkbərovun da mühakiməsi başlayıb.

Həbs olunan başqa MTN-çilərdən fərqli olaraq, o, məhkəmə qarşısına tək çıxarılıb. Vüsal Ələkbərovun işinə Bakı Hərbi Məhkəməsində Siyavuş Hacıyevin sədrlik etdiyi hakimlər kollegiyası baxır.

Buna da bax:​ Çovdarov: 'Yalan deyəni söyərdim, heyf ki, zalda qadınlar var'

Yanvarın 12-də məhkəmənin hazırlıq iclasında Vüsal Ələkbərov bu işə məhkəmədə baxılmasına etiraz edib. O, barəsindəki cinayət işinə xitam verilməsi, bu təmin olunmasa, işin yenidən araşdırılması üçün prokurorluğa qaytarılması barədə vəsatətlər verib. Məhkəmə vəsatətlərin heç birini təmin etməyib.

Hazırlıq iclasında iş üzrə zərərçəkmişlər Vüsal Ələkbərova qarşı mülki iddialar qaldırıblar. Bildiriblər ki, V. Ələkbərov hədə-qorxu ilə onların külli xeyli pulunu ələ keçirib.

Keçmiş MTN müstəntiqi iddialarla razılaşmasa da, məhkəmə onları icraata götürüb. Bildirilib ki, mülki iddialar məhkəmənin gedişində araşdırılacaq.

Buna da bax: MTN-də məmur-biznesmendən 1 milyon istəyib, 300 min alıblar

Bu iş üzrə məhkəmə baxışı yanvarın 26-na təyin edilib.

XATIRLATMA

Vüsal Ələkbərov Cinayət Məcəlləsinin 182 (hədə-qorxu ilə tələb etmə), 294 (sübutları saxtalaşdırma), 311 (rüşvət alma) və 341-ci (hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma) maddələri ilə ittiham olunur. İttihama görə, V. Ələkbərov iş adamlarını MTN-ə gətirib, hədə-qorxu yolu ilə onların külli miqdarda pulunu ələ keçirib.

Buna da bax:​ MTN generallarının işi icraata verilib

Qeyd edək ki, həbsdə olan Vüsal Ələkbərovun həyat yoldaşı Şəhla Ələkbərovanın adına olan, Badamdar qəsəbəsində fərdi yaşayış evinə, Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən mənzilə və başqa əmlaklara həbs qoyulub.

Təxminən 1 milyon 270 minlik əmlakın üzərinə həbs qoyulduğu bildirilir.

Vüsal Ələkbərov MTN-də bir sıra siyasilərin, o cümlədən İslam Partiyasının hazırda həbsdə olan lideri Abgül Süleymanovun istintaqını aparıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG