Keçid linkləri

Təcili xəbərlər
2018, 10 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 03:44

'MTN işi'ndə zərərçəkənə cəza istənildi


MTN

Keçmiş MTN-çilərlə bağlı cinayət işində zərərçəkmişlər arasında Binəqədi rayonu, Biləcəri qəsəbəsi üzrə icra nümayəndəsi işləmiş Bahəddin Sultanov da var. Hazırda Sultanovun özü təqsirləndirilən şəxs statusunda məhkəmə önündə cavab verir. CM-nin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə suçlanan B.Sultanovun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Amma o, tək deyil. Keçmiş polis əməkdaşı Təvəkkül Vəliyev də eyni işdə onunla birlikdə mühakimə olunur.

Dekabrın 12-də bu məhkəmədə prokuror çıxış edib və B.Sultanovun 8, T.Vəliyevin isə 7 il 6 ay azadlıqdan məhrum edilməsini istəyib.

***Buna da bax-'Vüsal Ələkbərov işi': Zərərçəkənlər: 'Pulları MTN polkovnikinə vermişik'

İttihama görə, adları çəkilən təqsirləndirilənlər torpaq alqı-satqısında vətəndaşları aldadıblar. Cinayət işinin materiallarında yazılıb ki, onlar müxtəlif adamlara torpaq sahəsi satmaq adıyla onlardan xeyli pul alıblar, amma son nəticədə nə torpaq alınıb, nə də pul geri qayıdıb. Keçmiş polis əməkdaşı isə bu məsələlərdə vasitəçi olmaqda günahlandırılır.

Hazırda iş üzrə zərərçəkmiş qismində tanınan həmin adamlar DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə şikayət ediblər.

Cinayət işindən məlum olur ki, Sultanov icra nümayəndəsi vəzifəsindən çıxandan sonra iribuynuzlu mal-qara saxlanması, ardınca da Qazaxıstanda tikinti işləri ilə məşğul olub.

B.Sultanov dələduzluq ittihamı üzrə özünü təqsirli bilmir, kimsənin pulunu mənimsəmədiyini deyir.

Sultanov MTN-ə niyə çağrılıb?

«MTN işi»ndə hansı səbəbdən zərərçəkmiş qismində tanınmasına gəlincə, o, 2009-cu ildə oğlu İntiqam Sultanova görə bu nazirliyə çağrılıb. İ.Sultanov 2009-cu ilin əvvəllərində «Texnikabank»ın Bakı filialından 500 min manat kredit götürmək üçün sənədləri saxtalaşdırmaqda suçlanaraq həbs olunub.

***Buna da bax-'Vüsal Ələkbərov işi': 'Pulları MTN-ə oğlum gətirdi. Məni kameradan çıxardılar'

İddia olunur ki, MTN-in İstintaq İdarəsinin şöbə rəisi olmuş Vüsal Ələkbərov onun həbs olunmaması üçün atasından 500 min dollar istəyib. Bunun müqabilində İ.Sultanov haqqında həbs qərarı ləğv olunacaqmış. Əks halda, rəhbərliyin göstərişinə əsasən, atası – B.Sultanovun özü də həbs ediləcəkmiş.

«MTN işi» üzrə materiallarda yazılıb ki, bir gün sonra V.Ələkbərov xidməti otağında B.Sultanovun qardaşı və onun dostundan 360 min manat pul alıb. Daha 10 min manatı isə sonradan B.Sultanovun özü Yasamalda görüşdə ona verib. Bundan sonra İ.Sultanov həbsdən buraxılıb.

2015-ci ilin oktyabrında MTN ətrafındakı məlum hadisələrdən sonra bu qurumdan şikayət edənlərdən biri də B.Sultanov olub.

Amma V.Ələkbərov bu məsələ ilə bağlı ittihamda yazılanları qəbul etmir. Deyir ki, nə B.Sultanovu tanıyır, nə onun oğlu İntiqamı, nə də ona pul verdiyi iddia olunan qardaşını və dostunu.

Günün bütün mövzuları

XS
SM
MD
LG