Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 13:06

MTN polkovniki: 'Barəmdə həbs-qətimkan tədbiri seçmiş hakimlərin özlərini...'


Sabiq MTN-nin baş qərargahı
Sabiq MTN-nin baş qərargahı

MTN-in İstintaq İdarəsinin şöbə rəisi olmuş polkovnik Vüsal Ələkbərova 15 il həbs cəzası istənilib. MTN polkovnikinin mayın 15-də keçirilən məhkəməsində prokuror bu təkliflə çıxış edib.

Bir sıra qalmaqallı cinayət işlərinin müstəntiqi olmuş Vüsal Ələkbərovun işinə Bakı Hərbi Məhkəməsində Siyavuş Hacıyevin sədrlik etdiyi hakimlər kollegiyası baxır.

“SƏNƏDLƏR ARASINDA ELMİ İŞLƏRİM DƏ VAR”

Mayın 15-də məhkəmədə öncə iş materiallarındakı sənədlər, o cümlədən MTN polkovnikinin həbs edib, böyük məbləğdə pul alandan sonra azadlığa buraxdığı iddia olunan, zərərçəkmiş qismində tanınan şəxslər haqqında məhkəmə qərarları elan olunub.

Buna da bax: ‘‘Casusların’ ifşası rüsvayçılıq və hakimiyyətin çökməsidir...’

V. Ələkbərovun evindən götürülən sənədlər elan olunarkən o bildirib ki, həmin sənədlərin cinayət işinə heç bir aidiyyəti yoxdur: "Həmin sənədlərin arasında elmi işlərim də var. Amma onları prokurorluq özümə qaytarmayıb".

Hakim bildirib ki, məhkəmənin yekun qərarında cinayət işinə aid olmayan sənədlərin qaytarılması məsələsi də əksini tapacaq.

İş materiallarında Vüsal Ələkbərovun evinin fotoları da var, onları da məhkəmədə nümayış etdiriblər.

Buna da bax: MTN polkovniki: 'Şeytan maşını işə düşüb, daha dözə bilmirəm...'

“HƏBSDƏ QANUNSUZ SAXLANILIRAM”

MTN polkovniki haqqında həbs-qətimkan tədbirinin seçilməsi və uzadılmasına dair Səbail Rayon Məhkəməsinin qərarları elan olunarkən Vüsal Ələkbərov deyib ki, bu qərarlar qanunsuzdur. Fikrini də belə əsaslandırıb: "Mən hərbi qulluqçuyam, ona görə də mənim haqqımda həbs qərarını Bakı Hərbi Məhkəməsi seçməli idi. Bu baxımdan, mən qanunsuz olaraq həbsdə saxlanılıram. Ona görə də barəmdə həbs-qətimkan tədbiri seçmiş və müddəti uzatmış hakimlər barəsində Cinayət Məcəlləsinin 145-ci (qanunsuz olaraq azadlıqdan məhrum etmə) maddəsi ilə cinayət işi başlanmalıdır".

Buna da bax: 'Vüsal Ələkbərov işi': Polis rəisinin atasından 1 milyon necə alınıb?

Vüsal Ələkbərov onu da bildirib ki, pul almaq üçün qanunsuz həbs etdikləri iddia olunan zərərçəkmişlər haqqında cinayət işini prokurorluq da təsdiqləyib: "Əgər cinayət işinin başlanması ilə bağlı verdiyimiz təqdimatlar düzgün olmasaydı, baş prokurorun birinci müavini Rüstəm Usubov sənədləri imzalamazdı".

Daha sonra məhkəmə istintaqının başa çatdığı elan olunub. Prokuror məhkəmədə Vüsal Ələkbərova qarşı ittihamların sübuta yetirildiyini bildirib və buna görə MTN polkovnikinin 15 il azadlıqdan məhrum edilməsini istəyib. Prokuror həmçinin Vüsal Ələkbərovun polkovnik hərbi rütbəsindən məhrum edilməsini təklif edib.

Məhkəmə mayın 22-də Vüsal Ələkbərovun vəkilinin müdafiə çıxışı ilə davam edəcək.

Buna da bax: Agentlərə verilməsi adı ilə pullar...

Xatırlatma

Vüsal Ələkbərov Cinayət Məcəlləsinin 182 (hədə-qorxu ilə tələbetmə), 294 (sübutları saxtalaşdırma), 311 (rüşvətalma) və 341-ci (hakimiyyətdən sui-istifadə, hakimiyyət həddini aşma) maddələri ilə ittiham olunur. İttihama görə, o, iş adamlarını MTN-ə gətirib, hədə-qorxu yolu ilə onların külli miqdarda pulunu ələ keçirib.

Vüsal Ələkbərovun təxminən 1 milyon 270 min manat dəyərində əmlakının üzərinə həbs qoyulduğu bildirilir.

O, MTN-də bir sıra siyasət adamının, o cümlədən İslam Partiyasının indi həbsdə olan lideri Abgül Süleymanovun istintaqını aparıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG