Keçid linkləri

Təcili xəbərlər
2018, 17 Oktyabr, çərşənbə, Bakı vaxtı 15:16

MTN polkovnikinə dələduzluğa görə 9 il 6 ay həbs istənildi


MTN

İşə düzəltmək, həbsdən buraxdırmaq, əcnəbi məhkumları öz ölkələrinə ekstradisiya etdirmək üçün müxtəlif adamlardan pul alıb, onları aldatmaqda suçlanan MTN polkovniki Vüqar Güləli özünü təqsirli bilməsə də, onun işini araşdıran prokuror fərqli fikirdədir. Yanvarın 11-də məhkəmədə prokuror deyib ki, V.Güləliyə CM-nin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə verilən ittiham sübut olunub. Ona görə də MTN polkovnikinin 9 il 6 ay azadlıqdan məhrum edilməsini istəyib.

V.Güləlinin işi altı aydan çoxdur ki, Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılır. O, müttəhimlər kürsüsündə tək deyil, daha dörd nəfər də bu cinayət işində təqsirləndirilir - Ceyhun İbayev, Vüqar Əsədov, Anar İsmayılov Nicat Əliyev. Amma beş təqsirləndiriləndən yalnız ikisi – N.Əliyev və V.Güləli həbsdədir. Digərləri haqqında isə məhkəmənin hökmü məlum olana qədər ev dustaqlığı qətimkan tədbiri seçilib.

***Buna da bax-Şahid: 'Ulu öndərin Cənubda dostu bir mən idim, bir də Xanış kişi'

Prokuror məhkəmədə onların da təqsirinin sübuta yetirildiyi qənaətinə gəlib və N.Əliyevin 8 il 6 ay, C.İbayevin 8 il, V.Əsədovun 7 il 6 ay və A.İsmayılovun isə 3 il azadlıqdan məhrum edilməsini, ev dustaqlığında olanların məhkəmə zalında həbs olunmasını təklif edib.

Yanvarın 22-də təqsirləndirilən şəxslərin vəkilləri çıxış edəcək, özləri son sözlərini deyəcəklər.

V.Güləli 2015-ci ilin sonunda MTN ləğv olunmamışdan az öncə təqaüdə çıxıb. V.Əsədov isə Penitensiar Xidmətin əməkdaşı olub.

***Buna da bax: - 'Cəlal Əliyev ərimdir' dedi... və 12 il həbs cəzası aldı

İranlı məhkumların ölkələrinə göndərilməsi, polisə işə düzəltmə…

İttihama görə, V.Güləli və digərləri Səriyyə Tahirova adlı qadından həyat yoldaşı Rafiq Tahirovu həbsdən buraxdırmaqdan ötrü 89 min 800 manat pul alıblar. Qaçaqmalçılıq yolu ilə ölkəyə narkotik gətirməyə görə MTN əməkdaşlarının həbs etdiyi R.Tahirova məhkəmə 6 il cəza kəsibmiş.

Təqsirləndirilən şəxslərin həmçinin, zərərçəkmişlər Elçin OrucovƏkbər Orucovun hər birindən onların oğlunu polis orqanlarında işə düzəltmək adı ilə 8 min manat aldığı iddia olunur. Bundan başqa, onların Aybala Namazov adlı zərərçəkmişdən 35 min manat aldığı bildirilir. İttihama görə, onlar Namazova deyiblər ki, iranlı məhkumların öz ölkəsinə ekstradisiya edilməsi üçün pul lazımdır, nəticədə 1 milyon dollar pul qazana bilərlər və qazancdan ona da pay verərlər. Ədalət Əsgərov adlı daha bir zərərçəkmişdən isə 115 min alınıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG