Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:18

MTN generalının daha bir qohumu məhkəmə zalında həbs olundu


Həbs
Həbs

Həbsdəki MTN generalı, nazirliyin Transmilli İqtisadi Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin rəisi olmuş Sübahir Qurbanovun özündən sonra bir neçə qohumu da həbs olunub. Onlardan biri – bacanağı Müsənnif Talıbov iyunun 11-də Bakı Ağır Cinayətlər Məhkəməsində həbs edilib. CM-in 178-ci (dələduzluq) maddəsi ilə təqsirli bilinən M.Talıbova 4 il həbs cəzası kəsilib.

Generalın başqa bir qohumu – qaynı Elçin Qurbanov da bir müddət öncə eyni ittihamla 4 il 6 azadlıqdan məhrum edilmişdi. E.Qurbanov Bakı Şəhər Prokurorluğunun Təşkilat-analitik şöbəsinin böyük mütəxəssisi, dəftərxana müdiri işləyirdi.

M.Talıbovun oğlu Fərid Talıbov haqqında da dələduzluq suçlamasıyla cinayət işi başlamış, ayrıca icraata götürülmüşdü.

Adları çəkilən şəxslərin hamısı eyni işə görə cəzalandırılıb, hamısında da zərərçəkmiş bir adamdır - Amid Hüseynov. O, E.Qurbanovun ondan atasını həbsdən buraxdırmaq adıyla 11 min dollar pul alıb qaytarmadığını iddia edirdi. M.Talıbov məsələsində isə bildirir ki, ona da pulu öncə atasının əfv siyahısına salınmasına görə, bu iş düzəlməyəndə isə ona məxsus torpağın sənədlərini qaydaya salmaq adıyla verib. İddia edir ki, M.Talıbova 30 min manat pul verilib.

Ancaq M.Talıbov ittihamı qəbul etmir. Təsdiqləyir ki, A.Hüseynov torpaq sahəsiylə bağlı sənədlərin qaydasına salınmasından ötrü 6 min manat pul verib. Lakin Türkiyəyə gedəndə gəlib bu pulun 500-nü götürüb, 5 min 500 dolları qalıb: «İş düzəlmədi və mən ona dedim ki, gəlib pulunu götürər. Bir qədər keçəndən sonra Amidin atası qəza törətdi. O, məndən atasına yardım etməyimi istədi. Onun xəstəxana xərclərinə Amidin məndə olan 5 min 500 dollarından da artıq pul xərclədim».

Generalın qohumları zərərçəkmiş A.Hüseynovun onların əleyhinə ifadələrini onun qərəzli olmasıyla izah edirlər. E.Qurbanov ifadəsində göstərib ki, yaxın qohumlarından biri qızını A.Hüseynova yox, başqasına verdiyinə görə onlara düşmən olub.

General S.Qurbanov 2015-ci ilin oktyabrında MTN-də keçirilən və nazirliyin 20-dən artıq vəzifəlisinin saxlandığı əməliyyat nəticəsində tutulub. O, iş adamlarının MTN-ə gətirilərək hədələnib pul alınması, vəzifədən sui-istifadə etmə, qanunsuz dinləmələr və başqa ittihamlarla 14 il azadlıqdan məhrum edilib. Hökmə əsasən, onun bir sıra əmlakları müsadirə edilib. Bakı Apellyasiya Məhkəməsi də hökmü qüvvədə saxlayıb.

S.Qurbanov özünü təqsirli bilmir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG