Keçid linkləri

Təcili xəbərlər
2018, 25 Aprel, çərşənbə, Bakı vaxtı 00:56

Prokuror daha bir MTN generalına 15 il həbs cəzası istədi


MTN işi

2015-ci ilin oktyabrında MTN ətrafındakı məlum hadisələr və həyata keçirilən həbslərlə bağlı daha bir məhkəmə yekunlaşır. Söhbət uzun illər MTN-in Antiterror Mərkəzinin rəhbəri olmuş, general Elçin Quliyev və onun tabeliyində işləmiş Azər Mehdiyevin mühakiməsindən gedir.

Onların işinə aylardır ki, Bakı Hərbi Məhkəməsində Elbəyi Allahverdiyevin sədrlik etdiyi hakimlər kollegiyası baxır. Noyabrın 13-də keçirilən iclasda məhkəmə istintaqının başa çatdığı elan olunub, ardınca prokuror çıxış edib.

Prokuror deyib ki, E.Quliyev və A.Mehdiyevə verilən ittihamlar məhkəmədə zərərçəkmiş, şahid ifadələri və digər sübutlarla təsdiqini tapıb. Dövlət ittihamçısı E.Quliyevin 15, A.Mehdiyevin isə 13 il azadlıqdan məhrum edilməsini istəyib. Prokuror həmçinin təklif edib ki, təqsirləndirilən şəxslərin üzərinə həbs qoyulmuş əmlaklarının müsadirəsi haqda qərar çıxarılsın. Bundan başqa, E.Quliyevdən general, A.Mehdiyevdən isə polkovnik rütbəsinin alınması üçün uyğun dövlət orqanlarına təqdimat göndərilsin.

***Buna da bax-Ekspert: 'Eldar Mahmudovu həbs eləmək prokurorluğun marağındadır'

Noyabrın 24-də keçiriləcək növbəti məhkəmə iclasında zərərçəkmiş qismində tanınanlar, ardınca da vəkillər çıxış edəcək.

XATIRLATMA

2015-ci ilin oktyabrında MTN ətrafında məlum hadisələrdən sonra E.Quliyev Antiterror Mərkəzinin rəisi vəzifəsindən azad edilərək, MTN-in Heydər Əliyev adına Akademiyasının kafedra rəisi təyin edilib. Bir müddət sonra isə həbs olunub. E.Quliyevə CM-nin 145 (qanunsuz azadlıqdan məhrum etmə), 181 (quldurluq), 182 (hədə-qorxu ilə tələb etmə) 302 (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 311-ci (rüşvət alma) maddələri ilə ittiham verilib.

***Buna da bax-Ekspert: 'Çovdarov 3 ildən sonra 'üçdə bir'lə azadlığa da çıxa bilər'

E.Quliyev müxtəlif adamları MTN-ə gətirdib hədə-qorxu ilə onlardan pul almaqda, nazirliyin başqa bir əməkdaşı olan Malik Mustafayevi intihar həddinə çatdırmaqda, qardaşını isə qanunsuz həbs etdirməkdə, agenturaya ayrılan vəsaitlərin mənimsənilməsində suçlanır. Amma E.Quliyev özünü təqsirli bilmir.

2015-ci ilin oktyabrında milli təhlükəsizlik naziri Eldar Mahmudov vəzifəsindən çıxarılıb. 2015-ci ilin dekabrında bu nazirlik ləğv edilib, onun bazasında Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılıb.

MTN-in 20-dən çox yüksəkvəzifəli zabitlərinə quldurluq, reketçilik, külli miqdarda dövlət vəsaitlərinin mənimsənilməsi və qanunsuz dinləmələr ilə bağı ittiham verilib. Onlardan bəzilərinin məhkəməsi başa çatıb. Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin keçmiş rəisi, general Akif Çovdarov 12 il həbs cəzası alıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG