Keçid linkləri

2025, 11 Fevral, çərşənbə axşamı, Bakı vaxtı 13:49

Müsavat sənədləri MSK-ya təqdim etdi


-

Müsavat Partiyası sentyabrın 26-da keçiriləcək referendumla bağlı yaratdığı “Respublika” təşəbbüs qrupunun sənədlərini avqustun 4-də Mərkəzi Seçki Komissiyasına ( MSK) təqdim edib.

Partiyanın seçki qərargahının sədri Gülağa Aslanlının dediyinə görə, sənədlər 15 səhifəlik bildirişdən, təşəbbüs qrupunun iclasının, qrupun nümayəndələrinin müəyyən edilməsi məqsədilə keçirilən yığıncaqların protokollarından ibarət olub.

Müsavatçılara sənədlərin qəbul edilməsi haqda arayış təqdim olunub.

Gülağa Aslanlı Müsavat partiyasının ölkə başçısının Konstitusiyaya təklif etdiyi əlavə və düzəlişlərin əleyhinə təbliğat aparmaq məqsədi ilə qanunvericilikdə nəzərdə tutulan bütün imkanlardan istifadə edəcəyini bildirib.

Müsavat Partiyası Məclisi avqustun 2-də referendumla bağlı təşəbbüs qrupunun yaradılması haqqında qərar qəbul edib. Təsis yığıncağında təşəbbüs qrupu “Respublika ” adlandırılıb.

“Respublika” təşəbbüs qrupuna Müsavat, D18 Gənclər hərəkatı, bitərəflər və digər təşkilatların nümayəndələri daxildir.

“Respublika ” təşəbbüs qrupu Konstitusiya dəyişiklikləri əleyhinə təşviqat aparmağı planlaşdırır.

Buna da bax: Azərbaycan müxalifətinin antireferendum planları

Müxalifətin başqa bir birliyi - Demokratik Qüvvələrin Milli Şurası, hələlik, təşəbbüs qrupu yaratmaq niyyətini açıqlamayıb.

Hakim Yeni Azərbaycan Partiyası isə konstitusiyaya dəyişikliklərin lehinə təşviqat aparmaq niyyətindədir.

Bu proses avqustun 22-si saat 18:00-dək başa çatmalıdır. Təşviqat qrupunun qeydiyyatından ötrü 40 min seçicinin imzası təqdim olunmalıdır. Üstəlik, onlar da ən azı 60 seçki dairəsini əhatə etməlidir və hər birindən ən azı 100 imza olmalıdır.

Buna da bax: 'Referendumun demokratik keçirilməsinə şərait var' - MSK

Bütün ölkə boyunca təşviqat qrupunun yaradılmasının üstünlüyü ondadır ki, qrup İctimai televiziya və dövlət qəzetlərində pulsuz efir vaxtı əldə edir.

Hələlik, hər hansı təşəbüs qrupu MSK-ya 40 min imza təqdim etməyib.

Sentyabrın 26-da Azərbaycanda konstitusiyaya dəyişiklərlə bağlı referendum keçirəcək. Referendum Aktı layihəsində Azərbaycanda birinci vitse-prezident və vitse-prezidentlər postunun yaradılması nəzərdə tutulur. Habelə, prezidentin səlahiyyət müddəti 5 ildən 7 ilə artırılır. Prezident və parlament seçkilərində yaş məhdudiyyəti aradan qaldırılır. Bütün bunlardan başqa, prezidentə parlamenti buraxmaq səlahiyyəti də verilir.

Buna da bax: Konstitutsiyaya dəyişikliklə bağlı aktda nədən söhbət gedir?

Konstitutsiyaya dəyişikliklə bağlı aktda nədən söhbət gedir?
Gözlə

No media source currently available

0:00 0:00:51 0:00

XS
SM
MD
LG