Keçid linkləri

2025, 18 Aprel, Cümə, Bakı vaxtı 14:15

Mərkəzi Seçki Komissiyası seçki planını təsdiqləyib


MSK, arxiv foto
MSK, arxiv foto

Mərkəzi Seçki Komissiyası (MSK) Milli Məclisə növbədənkənar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planını təsdiqləyib.

Bu barədə MSK Mətbuat xidmətindən bildiriblər.

Bildirildiyinə görə, seçki hüququ olan vətəndaşların öz təşəbbüsləri, seçicilərin təşəbbüs qruplarının, siyasi partiyalar və siyasi partiyaların bloklarının namizədlər irəli sürməsi seçkilərin təyin edilməsi haqqında Prezidentinin Sərəncamı rəsmi dərc olunduqdan sonra başlayır.

Plana görə, habelə dairə seçki komissiyası müvafiq sənədlərin komissiyaya təqdim edilməsindən sonra 5 gün müddətində namizədliyin irəli sürülməsinin təsdiq olunub-olunmaması barədə qərar qəbul edəcək.

Namizədliyin təsdiqindən sonra, dairə seçki komissiyası namizədə və ya onun səlahiyyətli nümayəndəsinə imza vərəqələri verəcək.

Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar seçkiqabağı təşviqatın aparılacağı müddət də müəyyənləşib.

Planda vurğulanıb ki, səsverməyə 23 gün qalmış seçkiqabağı təşviqat başlamalı, 24 saat qalmış dayandırılmalıdır.

Bu gün, dekabrın 7-də MSK-da keçirilən iclasda həmçinin, imza vərəqələrindəki məlumatların düzgünlüyünü və müvafiq məlumatları yoxlamaq üçün İşçi qrupunun yaradılması müzakirə olunub və sənəd qəbul edilib.

Xatırlatma

Noyabrın 28-də hakim Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının iclasında bu,partiyadan olan deputatlara parlamentin buraxılması barədə müraciət göndərmələri tövsiyə edilib. Bundan sonra hakim partiyadan olan deputatlar bu məsələ ilə bağlı həmin müraciəti hazırlayıb göndəriblər. YAP Siyasi Şurası o qərarını Prezident İlham Əliyevin islahatlar kursuna dəstək məqsədilə verdiyini açıqlamışdı.

Dekabrın 2-də də Milli Məclis parlamentin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi xahişi ilə prezidentə müraciət edib. Prezident isə bunun konstitusiyaya uyğun olub-olmaması barədə Konstitusiya Məhkəməsinə sorğu göndərib. Konstitusiya Məhkəməsinin Plenumu dekabrın 4-də Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin keçirilməsini konstitusiyaya uyğun sayıb.

Dekabrın 5-də Prezident İlham Əliyev Milli Məclisinin beşinci çağırışının buraxılması və parlamentə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Növbədənkənar seçkilər gələn il fevralın 9-na təyin edilib.

XS
SM
MD
LG