Keçid linkləri

Təcili xəbərlər
2020, 20 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:17

MSK sənədləri Konstitusiya Məhkəməsinə göndərir


Seçkini saxtalaşdıranlar necə cəzalana bilər?
Gözlə

No media source currently available

0:00 0:03:56 0:00

Seçkini saxtalaşdıranlar necə cəzalana bilər?

Mərkəzi Seçki Komissiyası (MSK) fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərə yekun vurub və sənədlərin Konstitusiya Məhkəməsinə göndərilməsi ilə bağlı qərar qəbul edib.

Bu barədə qərar Mərkəzi Seçki Komissiyasının dünən, fevralın 25-də keçirilən iclasında qəbul edilib.

Qanuna görə, MSK seçkilərin ümumi nəticələri üzrə protokolu ona əlavə edilmiş sənədlərlə birlikdə təsdiqlənməsi üçün Konstitusiya Məhkəməsinə göndərməlidir.

Bu il fevralın 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib. MSK dairələr üzrə lider namizədlərin adlarını açıqlayıb. Həmin nəticələrə görə, yerlərin yarıdan çoxunu yenə hakim Yeni Azərbaycan Partiyasının (YAP) təmsilçiləri qazanıb.

Namizədlərin şikayəti poçtda niyə ləngiyir?
Gözlə

No media source currently available

0:00 0:02:37 0:00

Fevralın 10-da ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) rəhbərlik etdiyi beynəlxalq müşahidə missiyası bu seçkilərlə bağlı ilkin rəyini açıqlayıb. Rəydə seçkiyə aid bir sıra tənqidi fikirlər yer alıb.

Ayrı-ayrı dairələr üzrə MSK-ya şikayətlər daxil olub. MSK-dan deyilib ki, bütün şikayətlər qanunvericiliyə uyğun araşdırılacaq. Bundan sonra dörd dairədə nəticələr ləğv edilib. Habelə müxtəlif dairələr üzrə 90 civarında məntəqənin də nəticəsi etibarsız sayılıb. Amma onlar dairələr üzrə yekun nəticələrə təsir etməyib. Ümumilikdə isə, 328 seçki məntəqəsi üzrə səsvermənin nəticələri etibarsız sayılıb.

Azərbaycanda parlament seçkiləri əslində bu ilin noyabrında keçirilməli idi. Amma 2019-cu il dekabrın 5-də prezident İlham Əliyev Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin 2020-ci il fevralın 9-na təyin edilməsi barədə sərəncam vermişdi. Parlamentin buraxılması təşəbbüsü hakim YAP-a aiddir. Onlar bunu prezident İ.Əliyevin islahatlarına dəstək vermək məqsədilə izah etmişdilər.

Müxalifətdən Milli Şura və bəzi təşkilatlar isə bu seçkiləri boykot etmişdilər. Onlar deyirdilər ki, Azərbaycanda azad və ədalətli seçkilər üçün minimum şərait belə yoxdur. Rəsmilər isə bu fikirlərlə razılaşmırlar.

XS
SM
MD
LG