Keçid linkləri

Təcili xəbərlər
2020, 23 Yanvar, Cümə axşamı, Bakı vaxtı 09:17

MSK sədri namizədləri sosial şəbəkələrdə erkən təşviqat aparmamağa dəvət edib


Məzahir Pənahov

Azərbaycanda bu il keçiriləcək növbədənkənar parlament seçkisində iştirak etmək üçün indiyə qədər 2416 nəfər müraciət edib.

Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun bugün, yanvarın 9-da keçirilən iclasında deyib.

MSK sədri bildirib ki, müraciət edənlərdən 2305 nəfərinin namizədliyinin irəli sürülməsi artıq təsdiqlənib:

“Onlardan 689 nəfərinin deputatlığa namizədliyi qeydə alınıb”.

O, eyni zamanda, Milli Məclisə seçkilərdə namizədləri sosial şəbəkələrdə erkən təşviqat kampaniyası aparmamağa dəvət edib.

Hazırda, növbədənkənar parlament seçkilərində qeydiyyat mərhələsidir. Yanvarın 10-u saat 18-də namizədlərin imza vərəqələrini Dairə Seçki Komissiyalarına təqdim etmə müddəti başa çatacaq.

Təşviqat mərhələsi yanvarın 17-də başlanır, fevralın 8-i saat 8:00-da isə dayandırılmalıdır.

Azərbaycan parlamentində 125 yer var.

Xatırlatma

2019-cu il noyabrın 28-də hakim Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının iclasında bu partiyadan olan deputatlara parlamentin buraxılması barədə müraciət göndərmələri tövsiyə edilib.

Həmin müraciət hazırlanaraq göndərilib. YAP Siyasi Şurası o qərarını prezident İlham Əliyevin islahatlar kursuna dəstək məqsədilə verdiyini açıqlayıb.

Dekabrın 2-də də Milli Məclis parlamentin buraxılması və növbədənkənar seçkilərin təyin olunması xahişi ilə prezidentə müraciət edib.

Prezident də öz növbəsində seçkilərin 2020-ci il fevralın 9-na təyin edilməsi ilə bağlı sərəncam imzalayıb. Əslində isə Azərbaycanda parlament seçkiləri bu ilin noyabrında keçirilməli idi.

Müxalifət qüvvələrindən Milli Şura bu seçkiləri boykot etməklə bağlı qərarını açıqlayib.

Qurum hesab edir ki, Azərbaycanda azad və ədalətli seçkilərdən ötrü minimum şərait belə yoxdur.

Rəsmilər və Mərkəzi Seçki Komissiyasının rəhbərliyi onların fikirlərini qəbul etmirlər.

Şərhlər

Günün bütün mövzuları

XS
SM
MD
LG