Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 01:57

MSK: Referendum baş tutmuş, dəyişikliklər qəbul edilmiş sayılıb...


Azerbaijan. Baku. Constitutional referendum voting in Baku
Azerbaijan. Baku. Constitutional referendum voting in Baku

Məzahir Pənahov: “Azərbaycan seçki proseslərində Avropa ölkələrindən geri qalmır”

Mərkəzi Seçki Komissiyası (MSK) oktyabrın 11-də Konstitusiyaya dəyişikliklərlə bağlı sentyabrın 26-da keçirilmiş referendumun yekunlarını müzakirə edib.

APA-nın xəbərinə görə, seçki qurumunun toplantısında referendumun nəticələrinin rəsmi bildiriş kimi elan edilməsi məsələsi müzakirə olunub. Referenduma yekun vurulması və onun elan edilməsi barədə yekdilliklə qərar qəbul edilib.

Buna da bax:​ MSK referendumun nəticələrini açıqlamağa hazırlaşır

Yekun qərara görə, səsvermədə iştirak etmiş seçicilərin yarısından çoxu referenduma çıxarılmış layihənin 29 hissəsinin hər birinin lehinə səs verdiyindən o, qəbul edilmiş hesab edilir.

3 məntəqədə nəticələr ləğv edilib

Sənədə əsasən, MSK-nın protokolu təsdiq edilərək referenduma yekun vurulub. Referendum baş tutmuş, Konstitusiyaya əlavələr və dəyişikliklər layihəsi qəbul edilmiş sayılıb. Referendum yolu ilə qəbul edilmiş aktın mətni dərc ediləcək.

Referendumun nəticələrini araşdıran Mərkəzi Seçki Komissiyası səsvermə zamanı kiçik pozuntulara yol verildiyi qənaətinə gəlib. Pozuntuya yol verilmiş 3 məntəqədə seçkinin nəticələri tam, 1 məntəqədə isə qismən ləğv edilib.

MSK vəzifəsini tam yerinə yetirib...

MSK sədri Məzahir Pənahov toplantının yekununda referendum ilə əlaqədar səsvermənin təşkili baxımından üzərilərinə düşən vəzifənin tam yerinə yetirdiyini deyib. Onun bildirməsinə görə, səsvermə çox rəvan keçib.

“Azərbaycan mətbuatının da referendumla bağlı prosesdə hər hansı qanun pozuntusuna yol verməsi halına rast gəlinmədi. Bu, həm jurnalistlərinin peşəkarlığı, həm də seçki subyektlərinin maariflənməsi ilə bağlıdır. Polisin də prosesdə fəaliyyəti yüksək qiymətləndirilib, hər hansı irad olmayıb”.

Buna da bax:​ Referendumun legitimliyi şübhəlidir - STP

MSK sədri seçkilərin hətta nümunəvi olduğunu ifadə edib.

“Ən qərəzli müşahidəçilərin hesabatlarında da seçki prosesində hakimiyyət resurslarından istifadə olunması barədə ifadəyə rast gəlinmir. Bir vaxtlar irad kimi səslənən bu ifadə artıq yaddan çıxıb. Azərbaycan seçki proseslərində ən inkişaf etmiş Avropa ölkələrinin heç birindən geri qalmır”, MSK sədri qeyd edib.

Sentyabrın 26-da Konstitusiyaya dəyişikliklərlə bağlı referendum keçirilib.

Mərkəzi Seçki Komissiyasının açıqladığı ilkin rəqəmlərdə də bildirilirdi ki, seçicilərin təqribən 70 faizi referendumda iştirak edib. Onlar təklif edilən əlavə və dəyişiklikləri böyük çoxluqla müdafiə ediblər.

Buna da bax:​ Hər şey hakimiyyətin insafına qalanda...

Müxalifət nəticələri qəbul etmir.

Müxalifət qüvvələri isə referendumda total saxtakarlıqların baş verdiyini bildirir. Xüsusilə də Milli Şura və Müsavat Partiyası nəticələri qəbul etmədiyini bəyan edib. Bəzi saytlarda və sosial şəbəkələrdə də pozuntulara aid çoxsaylı videolar yayılıb.

Referendumla Konstitusiyaya bir sıra, hələ də, müzakirə olunan dəyişikliklər edilib. Orada Azərbaycanda birinci vitse-prezident və vitse-prezidentlər postunun yaradılması nəzərdə tutulur. Habelə, prezidentin səlahiyyət müddəti 5 ildən 7 ilə artırılır. Prezident və parlament seçkilərində yaş məhdudiyyəti aradan qaldırılır. Bütün bunlardan başqa, prezidentə parlamenti buraxmaq səlahiyyəti də verilir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG